Icma.az
close
up
RU
“Heydər Əliyev Ensiklopediyası” 2025ci ildə hazır olacaq FOTOLAR

“Heydər Əliyev Ensiklopediyası” 2025ci ildə hazır olacaq FOTOLAR

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə edilən məsələlərdən biri də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanan “Heydər Əliyev Ensiklopediyası”nın cari vəziyyəti haqqında olub.

Gununsesi.info xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Tədbirlər planından irəli gələrək “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlandığını söyləyib. Qeyd edib ki, AMEA-nın Rəyasət Heyətinin iclasında “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü müzakirə edilərək təsdiqlənib və məqalələrin hazırlanması prosesinə başlanılıb.

Sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşı Rüstəm Hacıyev çıxış edərək “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, Ensiklopediya üçün nəzərdə tutulan məqalələrin hazırlanması prosesi sürətlə davam edir və görülən işlər aidiyyəti dövlət qurumlarından məlumatlar əldə olunaraq yerinə yetirilir. O, məqalələrin hazırlandıqdan sonra hər bir istiqamət üzrə müvafiq institutlara göndəriləcəyini və onların da rəyinin nəzərə alınacağını söyləyib. R.Hacıyev “Heydər Əliyev Ensiklopediyası”nın 2025-ci ildə tam hazır olacağını diqqətə çatdırıb.

Məsələ ilə əlaqədar akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan Milli Ensiklopediyasının cildlərinin elektron versiyasının İnternet məkanında yerləşdirilməsi ilə bağlı təklifini səsləndirib.

Həmçinin akademik Gövhər Baxşəliyeva və professor Kərim Şükürov çıxış edərək fikir və təkliflərini diqqətə çatdırıblar.

Akademik İsa Həbibbəyli Ensiklopediyanın yüksək səviyyədə hazırlanması və çapı üçün öz tapşırıqlarını verib.

   
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Noyabr 2024 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri