Icma.az
close
up
RU
Heydər Əliyev Fondu Vatikanın “Bambino Gesu” xəstəxanası ilə anlaşma memorandumu imzalayıb

Heydər Əliyev Fondu Vatikanın “Bambino Gesu” xəstəxanası ilə anlaşma memorandumu imzalayıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vatikan, 10 sentyabr, AZƏRTAC

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın “Bambino Gesu” pediatrik xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, imzalanma Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Müqəddəs Taxt-Taca səfəri çərçivəsində baş tutub. Sənədi Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Bambino Gesu” xəstəxanasının rəhbəri Tiziano Onesti imzalayıblar.

Anlaşma memorandumu çərçivəsində Avropanın ən böyük pediatrik tibb müəssisəsi ilə təlim-tədris proqramlarının həyata keçirilməsi, molekulyar genetika və fərdi tibbi yanaşma sahəsində birgə tədqiqatların aparılması, eləcə də Azərbaycanda müalicəsi mümkün olmayan mürəkkəb klinik halların “Bambino Gesu” ilə birgə diaqnostikası və müalicəsi nəzərdə tutulur. Əməkdaşlığın əsas istiqamətlərini Azərbaycanda pediatriya sahəsində çalışan tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, molekulyar genetika, klinik diaqnostika və nadir xəstəliklər sahəsində birgə elmi və klinik fəaliyyətlərin təşkili, habelə genom diaqnostikası və fərdi tibbi yanaşmaların ölkəmizdə tətbiqinin genişləndirilməsi təşkil edir.

1869-cu ildə əsası qoyulan “Bambino Gesu” xəstəxanası hazırda uşaq xəstəlikləri üzrə Avropanın ən böyük xəstəxanası və tədqiqat mərkəzi, eyni zamanda, bütün növ uşaq orqan, hüceyrə və toxuma transplantasiyasını yerinə yetirmək üçün səlahiyyətli Avropa mərkəzlərindən biridir. Xəstəxana, həmçinin 40-dan çox ölkənin iştirak etdiyi nadir xəstəliklər üçün ən böyük qlobal məlumat bazası olan “Orphanet”in İtaliyadakı qərargahıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri