Icma.az
close
up
RU
Heydər Əliyev Fondundan Çində tədbir FOTO

Heydər Əliyev Fondundan Çində tədbir FOTO

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Heydər Əliyev Fondu və Azərbaycanın Çindəki səfirliyi Pekin Uşaq Rifah İnstitutunda müalicə alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə aksiyası keçirib.

Bakıvaxtı.az AZƏRTAC-a istinadla xəbər verir ki, layihə çərçivəsində fiziki və zehni cəhətdən qüsurlu uşaqların tədrisinə dəstək məqsədilə süni intellekt əsasında hazırlanmış xüsusi tədris avadanlıqları hədiyə olunub.

Tədbirdə Heydər Əliyev Fondunun öz fəaliyyətini ümummilli liderin sadiq olduğu humanizm prinsipləri əsasında qurduğu, Fondun prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik təşəbbüslərinin təkcə Azərbaycanı deyil, dünyanın bir çox ölkəsini əhatə etdiyi bildirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində təşkil olunan tədbirdə çıxış edən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov görkəmli dövlət xadimi ulu öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan onu itirmək təhlükəsi qarşısında idi. Azərbaycan xalqı ağır şəraitdən çıxmağın yeganə nicat yolunu Heydər Əliyevdə gördü. Xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev Azərbaycan Respublikasını, Azərbaycan xalqını, müstəqilliyimizin bərpası kimi tarixi nailiyyəti məhv olmaqdan xilas etdi.

Ümummilli liderin müdrikliyi, qətiyyəti, siyasi bacarığı və çoxillik idarəçilik səriştəsi ilə Azərbaycanda bütün sahələrdə əsaslı dönüş başladığını bildirən diplomat əlavə edib ki, dahi rəhbər ölkəmizin beynəlxalq aləmdə nüfuzunun güclənməsi, iqtisadi yüksəlişi üçün tədbirlər görməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə xidmətləri ilə reallığa çevrilən qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri kimi qlobal layihələr müstəqilliyimizi sarsılmaz və əbədi edib.

Səfir Bünyad Hüseynov diqqətə çatdırıb ki, ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri də özünü əvəz edə biləcək siyasi varis yetişdirməsi idi. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, ölkəmizin dünyada nüfuzu xeyli yüksəlib. Həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük diqqət yetirdiklərini vurğulayan diplomat əlavə edib ki, məhz həmin yanaşmanın nəticəsində Azərbaycan-Çin münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 May 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri