Icma.az
close
up
RU
Heydər Əliyev irsində mədəniyyətin yeri

Heydər Əliyev irsində mədəniyyətin yeri

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Mahir SƏLİMOV
ADPU-nun Ağcabədi filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində misilsiz xidmətləri olan böyük dövlət xadimi, əsl xalq lideridir. O, ölkəyə rəhbərlik etdiyi dövrlərdə yalnız iqtisadi və siyasi inkişafa deyil, milli mədəniyyətin tərəqqisinə də nail olmuş, müasir müstəqi dövlətimizin qurucusu kimi bu sahəni daim diqqət mərkəzində saxlamışdır. Mədəniyyəti milli ruh və tarixi yaddaşla sıx bağlılıqda görən Ulu öndər bu iki amilin xalqın mövcudluğu üçün çox vacib olduğunu qeyd edirdi. Buna görə də həm klassik, həm də müasir mədəniyyətin müxtəlif sahələrinin inkişafına paralel şəkildə yanaşırdı.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasətinin əsas məğzi milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi idi. Onun rəhbərliyi ilə mədəniyyət sahəsində irimiqyaslı islahatlar aparılıb, incəsənət, teatr, musiqi, kino və ədəbiyyat sahələrinə yeni nəfəs verilib. Mədəniyyət müəssisələrinin fəaliyyətinə hərtərəfli yardım və dəstək götərilməsi, sənət adamlarının sosial müdafiəsinin gücləndirilməsi, onlara mükafatların, fəxri adların verilməsi Ulu öndərin dövlətçilik strategiyasının ayrılmaz hissəsi idi.

Sovet dövründə, 1969-cu ildə Azərbaycan SSR-in rəhbərliyinə gələn Heydər Əliyev qısa zamanda respublikanın mədəni həyatında dönüş yaratdı. Onun təşəbbüsü ilə teatr binaları tikildi, mövcud mədəniyyət ocaqları yenidən quruldu, muzeylər, kitabxanalar genişləndirildi. Akademik Milli Dram Teatrı, Opera və Balet Teatrı, Rus Dram Teatrı və digərləri bu dövrdə canlanma dövrünü yaşadı.

O illərdə Sovet İttifaqında milli mədəniyyətin inkişafı ilə məşğul olmaq bəzən təhlükəli hesab olunsa da, Heydər Əliyev bu riskləri gözə alaraq Azərbaycanın mədəni özünüdərkini önə çəkdi. Onun atdığı addımlar sayəsində milli ruh gücləndi, milli dəyərlər ideoloji mübarizənin əsas dayaqlarından birinə çevrildi. Məhz bu ideoloji zəmin sonrakı illərdə, 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqillik mübarizəsinə ruh verdi.

Heydər Əliyevin yaratdığı siyasi və mənəvi əsaslar 2020-ci ildə xalqımızın öz torpaqlarını işğaldan azad etdiyi 44 günlük Vətən müharibəsində də özünü göstərdi. Azərbaycan xalqının birliyi, mənəvi gücü və milli həmrəyliyi məhz həmin təməl üzərində qurulmuşdu. Ulu öndərin böyük uzaqgörənliklə qurduğu milli ideoloji sistem Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpasında mühüm rol oynadı.

1969-1982-ci illər Heydər Əliyevin birinci rəhbərlik dövrü kimi, Azərbaycanın gələcək müstəqilliyinə aparan yolun başlanğıcı oldu. O illərdə iqtisadi canlanma ilə yanaşı, milli-mədəni dirçəliş baş verdi. Milli ruhun və özünüdərkin güclənməsi xalqın içində illərlə boğulan milli dövlətçilik ideyasını yenidən oyatdı.

Heydər Əliyev yolu bizləri geniş üfüqlərə doğru aparır. Müstəqillik dövründə, xüsusilə də, Ulu öndərin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mədəniyyət sahəsində yeni mərhələ başlandı. Onun imzaladığı fərman və sərəncamlar, həyata keçirdiyi ardıcıl siyasət nəticəsində mədəniyyətin bütün sahələrində dirçəliş müşahidə olundu. Tarixi-mədəni abidələr bərpa edildi, mədəniyyət mərkəzləri tikildi, sənət adamlarına xüsusi diqqət və qayğı göstərildi.

Heydər Əliyev kino sənətini xalqın yaddaşını formalaşdıran əsas vasitələrdən biri kimi görürdü. "Nəsimi", "Nizami", "Babək", "Dədə Qorqud", "Qaçaq Nəbi", "İstintaq" kimi filmlər onun təşəbbüsü ilə çəkildi və milli kimliyin təbliğində mühüm rol oynadı. Xüsusilə, "İstintaq" filminə SSRİ Dövlət mükafatının verilməsi Heydər Əliyevin mədəniyyət sahəsindəki nüfuzunun təzahürü idi.

Ulu öndərin sənətə münasibəti təkcə paytaxtla məhdudlaşmırdı. O, bölgələrdə keçirilən mədəniyyət tədbirlərində, yubileylərdə, sənətkarların həyat və yaradıcılığına verilən dəyər vasitəsilə bu sahəyə nə qədər önəm verdiyini sübut edirdi.

Heydər Əliyevin milli musiqiyə, poeziyaya və sənətə sevgisi, sözün əsl mənasında, ilhamverici idi. O, Müslüm Maqomayevin "Azərbaycan" mahnısını dinləyəndə demişdi: "Bu mahnı məni həyəcanlandırır. Çünki bu mahnıda deyilir ki, Azərbaycan həqiqətən mənim həyatımın mənasıdır". Bu sözlər onun Vətənə, xalqına və mədəniyyətinə olan sonsuz sevgisinin nümunəsidir.

Məhəmməd Füzulinin 500, İmadəddin Nəsiminin 600, "Kitabi-Dədə Qorqud"un 1300 illiyi kimi möhtəşəm yubileylərin beynəlxalq səviyyədə keçirilməsi, klassik və çağdaş sənətkarların irsinin təbliği, onların adlarının əbədiləşdirilməsi - bütün bunlar Heydər Əliyev mədəniyyət strategiyasının parlaq göstəriciləridir.

Bu gün də həmin ənənə uğurla davam etdirilir. Mədəniyyətin beynəlxalq miqyasda tanıdılması, tarixi abidələrin qorunması, UNESCO çərçivəsində həyata keçirilən təşəbbüslər, eləcə də dünyanın tanınmış sənətçilərinin ölkəmizə dəvəti - bütün bunlar Heydər Əliyevin müəyyən etdiyi mədəni diplomatiya kursunun davamıdır.

Ən əlamətdar məqamlardan biri də budur: bu irs bu gün də yaşadılır. Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələr, mədəniyyətimizin dünya miqyasında təbliği, yaradıcı mühitə göstərilən dəstək bu siyasətin canlı sübutudur.

Heydər Əliyevin tarixi xidmətləri təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də əsl örnəkdir. O, Azərbaycan mədəniyyətini qaranlıqdan işığa çıxardı, mənəvi torpaqlarımıza nur saçdı. Bu işıqlı yol - Heydər Əliyev yolu - bizi daha böyük üfüqlərə, daha mədəni, daha mənəvi bir gələcəyə aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see241

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see238

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see219

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see212

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see211

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see209

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see208

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see208

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see202

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see202

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see187

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see183

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see182

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see181

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see175

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see173

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see172

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see170

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see167

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri