“Heydər Əliyev kuboku 2025”: 6 boksçumuz ilk görüşdə qələbə qazanıb FOTO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Bakıda yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start verilib.
İdman.biz xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın ilk günündə 35 döyüş baş tutub.
Bakı Boks Mərkəzində keçirilən turnirə Azərbaycan millisinin 6 idmançısı qələbə ilə başlayıb. Yığmamızın heyətində Kərim Sultanov (54 kq) komanda yoldaşı Amin Həsənzadəyə tam üstünlüklə qalib gəlib.
Nihat Ağayev (60 kq) Davit Narsianı (Gürcüstan, 5:0), Dəniz Zeynalov (66 kq) Zəkəriyyə Rəhimovanı (Azərbaycan, 5:0), Nurlan Süleymanov (66 kq) Fayoziddin Fozilovu (Özbəkistan, 4:1) Həsənəli Məhərrəmzadə (66 kq) Tuneni (Türkiyə, 5:0) və Elvin Əhmədli (70 kq) isə Nihat Pehlevan (Türkiyə, 5:0) məğlub edib.
Yarışın ikinci gündə 38 görüş olacaq.
Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanın yığmaları mübarizə aparırlar. 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 17 May 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















