Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Bu rayona yeni polis rəisi təyin edildi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Liqa 1: Marsel darmadağına sevindi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Heydər Əliyev: Müstəqilliyimizin, suverenliyimizin və şanlı zəfərimizin memarı MİLLƏT VƏKİLİNİN ÇIXIŞI

Heydər Əliyev: Müstəqilliyimizin, suverenliyimizin və şanlı zəfərimizin memarı MİLLƏT VƏKİLİNİN ÇIXIŞI

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təşkilatçılığı ilə lu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Məclisin deputatı Rövşən Muradov “Heydər Əliyev: Müstəqilliyimizin, suverenliyimizin və şanlı zəfərimizin memarı” mövzusunda məruzə ilə çıxış edib.


"AzPolitika" millət vəkilinin çıxışını təqdim edir:

"Müasir dünyada alternativi olmayan və dünyanın ən qüdrətli dövlət xadimləri – Franklin Ruzvelt, Şarl de Qoll, Cavahirləl Nehru və Mustafa Kamal Atatürk kimi adını bəşəriyyətin tarixinə qızıl hərflərlə yazdırmış bu dahi şəxsiyyət – Heydər Əlirza oğlu Əliyev XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi əvəzsiz tarixi şəxsiyyətdir.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Heydər Əliyev Azərbaycan tarixinin parlaq şəxsiyyətidir və müstəqil Azərbaycan Respublikası onun şah əsəridir. Gəncliyində Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdu, memar olmaq istəyirdi. İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməsə də, Heydər Əliyev tarixin memarı oldu. Tarix yaradan şəxsiyyət kimi əvvəlcə sovet dövründə, sonradan isə müstəqillik illərində Azərbaycan dövlətinin memarı oldu.

Ötən əsrin 60-cı illərində sənaye və kənd təsərrüfatının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə, habelə əhalinin yaşayış səviyyəsinə görə Azərbaycan ittifaq səviyyəsindən geridə qalırdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü məhz belə bir çətin vəziyyətdə başlamışdır. Respublikaya yeni nəfəs, modernləşmə və konseptual yanaşma tələb olunurdu. Onun apardığı quruculuq işləri və şəxsiyyətinə ittifaq səviyyəsində olan hörmətin nəticəsində Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi. Bu illərdə elm tutumlu sənayenin, o cümlədən elektrik energetikasının, maşınqayırmanın, kimya və neft-kimyanın, həmçinin kənd təsərrüfatının sürətli inkişafı təmin olundu. Azərbaycan əksər iqtisadi göstəricilərinə görə orta ittifaq səviyyəsini ötdü. Azərbaycan istehsalı olan kondisioner, soyuducu və digər sənaye brendləri nəinki ittifaq bazarlarında satılırdı, hətta xarici ölkələrə ixrac olunmağa başlamışdı.

Heydər Əliyev iqtisadiyyatın əsas probleminin həllinə – məhsuldarlığın artırılmasına nail olmuşdur. 1969–1982-ci illərdə Azərbaycanda ictimai əmək məhsuldarlığı 1,8 dəfə, əhalinin hər nəfərinə düşən pul gəlirləri isə 2 dəfə artmışdır.

Onun rəhbərliyi ilə 13 il ərzində Azərbaycan ən geridə qalmış yerlərdən ən qabaqcıl respublikalardan birinə çevrilmiş və Sovet İttifaqında Rusiya ilə birlikdə özünü təmin edən donor respublika olmuşdur.

1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. Bu vəzifədə işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir. Həmin dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilmişdir.

1987-ci ildə Sovet rəhbərliyindən istefa verdikdən sonra Azərbaycanın problemləri başlamağa başladı. Dağlıq Qarabağ münaqişəsinin əsası qoyuldu və respublikada ictimai-siyasi və sosial-iqtisadi böhran getdikcə dərinləşdi.

1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikası bəlkə də tarixinin ən mürəkkəb və çətin dövrünü yaşayırdı. Hərbi məğlubiyyətlə müşayiət olunan daxili siyasi böhran, hakimiyyət uğrunda çəkişmələr Azərbaycanın müstəqil yaşamasını sual altına qoymuşdu. Məhz o zaman ölkə rəhbərliyində qətiyyətli və iradəli bir liderin olması zəruri idi. Azərbaycan xalqı bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.

1992-ci ildə xalqın çağırışı ilə 91 nəfər ziyalının Heydər Əliyevə müraciəti nəticəsində 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın sədri seçildi. O, partiyanı qısa müddətdə “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Yeni Azərbaycan Partiyası siyasi sabitliyin və davamlı inkişafın təminatçısı oldu.

1993-cü ilin yayında ölkədə vətəndaş müharibəsi təhlükəsi yarananda xalq yenidən Ulu Öndərin xilaskarlıq missiyasına ümid etdi. Onun uzaqgörən daxili və xarici siyasəti, təşkilatçılıq qabiliyyəti və əzmkar fəaliyyəti nəticəsində ölkədə siyasi sabitlik bərqərar edildi. Azərbaycan Avropa Şurasının tam üzvünə çevrildi, məşhur “Əsrin müqaviləsi” imzalandı, neft strategiyası formalaşdı, xarici dövlətlərlə müqavilələr bağlandı, qədim İpək yolu bərpa edildi, TRASEKA proqramı icraya başlandı və iqtisadi əlaqələr genişləndi.

Heydər Əliyevin tarixi xidmətlərindən biri də Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin reallaşdırılması, Azərbaycanın Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin əsas iştirakçısına çevrilməsi idi. Onun uğurla həyata keçirdiyi neft strategiyası nəticəsində ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu, iqtisadi dirçəliş baş verdi, əhalinin gəlirləri artdı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına iki əmanət saxladı: birincisi, müstəqil Azərbaycan Respublikası – onun şah əsəri; ikincisi isə ata vəsiyyətinə sadiq qalan, Heydər Əliyev məktəbinin parlaq yetirməsi Prezident İlham Əliyev.

Prezident İlham Əliyev də bu gün Ulu Öndərin müəyyən etdiyi strateji kursu uğurla davam etdirir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-da keçirilmiş lokal antiterror tədbirlərində əldə edilən möhtəşəm Qələbə məhz onun yenilməz siyasi və hərbi iradəsi, ordumuzun qəhrəmanlığı, şəhid və qazilərimizin fədakarlığı sayəsində mümkün oldu. Bu Zəfərlə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütün ərazilərdə bərpa olundu.

Prezidentin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi. Bu, müstəqilliyimizin və suverenliyimizin tam bərpa olunmasının hüquqi və siyasi təsdiqidir.

Hazırda dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyur. Reallaşdırılan layihələr təkcə ölkəmiz üçün deyil, ümumilikdə region üçün də böyük əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri prioritet istiqamət kimi həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda kəndlər, qəsəbələr, şəhərlər yenidən qurulur, həyat doğma torpaqlara qayıdır. Bütün bu işlər Azərbaycanın ərazi bütövlüyü və konstitusiya prinsiplərinin təmin edilməsinin bariz nümunəsidir.

Çıxışımın sonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edir və Ulu Tanrıdan ona rəhmət diləyirəm".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 May 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see205

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see164

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see152

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see134

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see132

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see128

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri