Icma.az
close
up
RU
“MİLLİ QÜRURUN VƏ TARİXİ ZƏFƏRİN MÜƏLLİFİ” Millət vəkilinin ÇIXIŞI

“MİLLİ QÜRURUN VƏ TARİXİ ZƏFƏRİN MÜƏLLİFİ” Millət vəkilinin ÇIXIŞI

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

YAP Laçın Rayon Təşkilatında “Möhtəşəm Zəfərin müəllifi, Qətiyyətli Lider” mövzusunda tədbir keçirilib. Tədbirdə millət vəkili, iqtisad elmləri doktoru, professor Rövşən Muradov geniş məruzə ilə çıxış edib.

“AzPolitika” deputatın çıxışını təqdim edir:

“Ulu öndər Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini irəli sürərkən xalqa müraciətində demişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməkliyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Ulu öndər Heydər Əliyev və dünya şöhrətli alim, akademik Zərifə xanım Əliyeva kimi böyük şəxsiyyətlərin ailəsində doğulub boya-başa çatmış və tərbiyə almış cənab İlham Əliyev 2003-cü ildə ölkə Prezidenti seçilərkən öz xalqı və ölkəsi qarşısında üzərinə götürdüyü çox şərəfli, şərəfli olduğu qədər də çətin və mürəkkəb vəzifələrin öhdəsindən bacarıqla gələrək, sahib olduğu siyasi kursu ləyaqətlə yerinə yetirməklə, malik olduğu bütün keyfiyyətlərinə görə xalqımızın lideri səviyyəsinə yüksəlmiş, Ulu öndərin elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyasını daha da inkişaf etdirərək Azərbaycanı dünyanın lider dövlətləri sırasına çıxarmış və onun iqtisadi inkişaf səviyyəsinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə nail olmuşdur.

Bunun üçün Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən bir sıra qətiyyətli tədbirlər görmüş, fərman və sərəncamlar imzalamaqla Ulu öndərin apardığı siyasəti ardıcıl şəkildə davam etdirmişdir.

Ölkə başçısının bu fərman və sərəncamlarında respublikamızın iqtisadi, sosial və demoqrafik inkişafı sahəsində əldə edilmiş uğurlu nəticələrin və müsbət meyillərin qorunub saxlanılması, onların ardıcıl və daha da məqsədyönlü şəkildə davam etdirilməsi; regionların tarazlı və üstün inkişafının təmin olunması; əhalinin normal təkrar istehsalı prosesinin, sağlamlığının və rifahının yaxşılaşdırılması, əmək qabiliyyətli əhalinin, o cümlədən qaçqın və köçkünlərin səmərəli məşğulluğunun təmin edilməsi ilə bağlı hökumət və dövlət orqanları qarşısında duran konkret vəzifələr və onların həyata keçirilməsi mexanizmləri öz əksini tapmışdır.

Müzəffər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ən böyük tarixi xidmətlərindən biri də 2020-ci ilin payızında ata vəsiyyətini yerinə yetirərək Azərbaycan xalqını öz ətrafında sıx birləşdirməsi, özünün yenilməz siyasi və hərbi iradəsi, qətiyyəti, tərbiyə edib yetişdirdiyi gənc nəsildən ibarət Azərbaycan Ordusunun qəhrəmanlığı, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq Azərbaycan xalqının əsrlərdən bəri gələn tarixində ilk dəfə olaraq 30 ilədək düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etməsi, tarixi ədaləti və Azərbaycan xalqının milli ləyaqətini bərpa etməsidir.

Təsadüfi deyildir ki, Azərbaycan xalqı 2003-cü ildən keçən dövrdə — 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə keçirilmiş prezident seçkilərində yekdillik göstərərək İlham Əliyevi özünə Prezident seçmişdir.

Təqdirəlayiq haldır ki, İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi müddətdə dünyanın ən tanınmış analitikləri, ekspertləri və nüfuzlu strateji elmi-tədqiqat mərkəzləri, aparıcı reytinq institutları ölkəmizin inkişaf modelini qabaqcıl və mütərəqqi nümunə kimi qiymətləndirmişlər.

Burada xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, onun rifahı, təhlükəsizliyi və sağlamlığı hər şeydən üstündür” — deyən möhtərəm Prezident İlham Əliyev siyasi kursunda sosial sahəni daim prioritet olaraq diqqət mərkəzində saxlamışdır. Belə ki, onun rəhbərliyi və bilavasitə təşəbbüsü ilə əhalinin sosial təminatı ilə bağlı dünyanın heç bir ölkəsində rast gəlinməyən kompleks xarakterli tədbirlər işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir.

Bu da danılmaz həqiqətdir ki, Prezident İlham Əliyev cənablarının bütün sahələrdə həyata keçirdiyi siyasətin uğurla başa çatmasında onunla çiyin-çiyinə çalışan və xalqımızın sevimli qızı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri vardır.

Dahi rəhbərimiz Heydər Əliyevin adını daşıyan Fondun prezidenti kimi səlahiyyətlərinə başladığı ilk gündən Mehriban xanım Əliyeva cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşmış və onların həlli üçün əlindən gələni əsirgəməmişdir. O, cəmiyyəti narahat edən problemlərin həllində xüsusi əzmkarlıq göstərən, bir çox yeni, humanist və xeyirxah təşəbbüslərin müəllifi və icraçısı kimi çıxış edən dövlət xadimi kimi nəinki ölkəmizdə, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanmış, ölkəmizin adını bütün dünyada yüksəklərə qaldırmış, millətimizin və Azərbaycan qadınının ləyaqət və şərəfini hər yerdə ucaltmışdır.

Bu gün xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün ən xoşbəxt günlərini yaşayır. İndi başlıca vəzifə ölkəmizin iqtisadi və hərbi qüdrətini daha da artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərini həyata keçirməkdən ibarətdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda viran qoyulmuş kəndlər, qəsəbələr və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır.

Bütün bu nailiyyətlərinə görə Azərbaycan xalqı qalib liderimiz — Prezident İlham Əliyev cənablarına minnətdardır. Onun liderlik fəaliyyəti nəticəsində üçrəngli bayrağımız Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanmaqdadır. İndi bütün türk dünyası haqlı olaraq Prezident İlham Əliyevlə fəxr edir və onu türk dünyasına zəfər sevinci bəxş edən lider, yenilməz sərkərdə kimi qəbul edir.

Bir azərbaycanlı kimi mən də ölkə başçımızı bu misilsiz uğurları və ad günü münasibətilə ürəkdən təbrik edir, ona Ulu Tanrıdan möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulayıram. Cənab Prezidentin uğurla həyata keçirdiyi dayanıqlı, innovativ və inklüziv yanaşmalara əsaslanan inkişaf strategiyası nəticəsində yaxın gələcəkdə Azərbaycan dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrindən birinə və ən qüdrətli ordulara malik dövlətə çevriləcək, əhalisinin rifah halı isə ən yüksək səviyyəyə qalxacaqdır.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Dekabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see166

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see139

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri