Icma.az
close
up
RU
Heydər Əliyev Sarayında Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Heydər Əliyev Sarayında Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 24-də saat 19:00-da Bakıda Heydər Əliyev Sarayında görkəmli musiqiçi, klarnet və saksofon ifaçısı, dirijor, bəstəkar, Azərbaycanın Xalq artisti Tofiq Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.
Demokrat.az  xəbər verir ki, konsert proqramında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Estrada-simfonik orkestri, Xalq artistləri Natəvan Şeyxova, Ənvər Sadıqov və onun "Qaytağı" ansamblı, Salman Qəmbərov və onun "Bakustic Jazz" qrupu, eləcə də məşhur ifaçılar İlham Qasımov, Aynur İskəndərli, Nigar Cəlilova və Rövşən Qəhrəmanov çıxış edəcəklər.
Yubiley gecəsində Tofiq Əhmədovun yaradıcılığının bütün istiqamətləri əhatə olunacaq - həm onun məşhur əsərləri, həm də uzun illər sonra ilk dəfə səslənəcək az tanınmış kompozisiyaları təqdim ediləcək. Bununla yanaşı, dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Rauf Hacıyev və Emin Sabitoğlunun sevilən əsərləri maraqlı aranjimanlarda təqdim olunacaq.
Biletləri şəhərin bütün kassalarından və ya aşağıdakı link vasitəsilə onlayn əldə etmək mümkündür: https://iticket.az/ru/events/concerts/tofig-ahmadov-100/136767.

Tofiq Əhmədov 1924-cü il fevralın 8-də Bakıda anadan olub. 1941-ci ildə klarnetçi və saksofonçu kimi bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi və dirijoru olduğu yenicə yaradılmış estrada-simfonik orkestrə dəvət alıb. 1942-1945-ci illərdə Xəzər Donanmasının estrada ansamblında çalışıb. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəfəs alətləri şöbəsinin klarnet ixtisasını bitirib. 1953-cü ildə Moskvada Ediy Roznerin rəhbərlik etdiyi estrada orkestrinə dəvət olunub və dörd il müddətində həmin orkestrin konsertmeysteri olub. Daha sonra musiqiçi 1957-ci ildə Bakıya qayıdıb və 1961-ci ilə qədər rəhbərlik etdiyi "Biz Bakıdanıq" estrada orkestrini yaradıb.
Tofiq Əhmədov ifaçı, dirijor, bəstəkar və musiqi tədbirlərinin təşkilatçısı kimi fəaliyyət göstərib. Bəstəkar kimi onun orkestr üçün bir çox mahnı və əsərləri mövcuddur. O, Fəmil Mehdi, Fikrət Qoca, Tofiq Müttəllibov, Rafiq Zəka Xəndan, Nüsrət Kəsəmənli və digər şairlərlə əməkdaşlıq edib.
1960-cı ildən 1981-ci ilədək Tofiq Əhmədov Azərbaycan Radiosunun Estrada Orkestrinin rəhbəri və baş dirijoru olmuşdur. Əvvəlcə bu orkestr nəfəs alətləri "Big-Band"i idi, sonradan ona simli alətlər əlavə edilərək estrada-simfonik orkestrə çevrilmişdir. Bu kollektivdə Müslüm Maqomayev, Şövkət Ələkbərova, Güləliağa Məmmədov, Lütfiyar İmanov, Rauf Atakişiyev, Natəvan Şeyxova, İlham Quliyeva, Rauf Adıgözəlov, Mobil Əhmədov, Züleyxa Mirismayılova, Yalçın Rzazadə, Mübariz Tağıyev, Akif İslamzadə, Flora Kərimova, Elmira Rəhimova və digər tanınmış sənətçilər çıxış edirdilər.
Orkestr Rauf Hacıyev, Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Xəyyam Mirzəzadə, Əziz Əzizov, Oktay Kazımov, Ramiz Mirişli, Cavanşir Quliyev, Mobil Babayev, Faiq Sücəddinov, Eldar Mansurov, Oktay Rəcəbov, Musa Mirzəyev, Rühəngiz Qasımova və digər bəstəkarların əsərlərini ifa etmişdir. Tofiq Əhmədov bu kollektivin bədii rəhbəri və baş dirijoru vəzifəsini ömrünün sonunadək icra etmişdir.
Tofiq Əhmədov 23 mart 1981-ci il tarixində vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri