Icma.az
close
up
RU
“Heydər Əliyev və mənəvi dəyərlərimiz”

“Heydər Əliyev və mənəvi dəyərlərimiz”

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və  Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin müdiri vəzifəsini icra edən Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncə şəhər Aleksandr Nevski Rus Pravoslav kilsəsinin baş keşişi Denis Sotnikov, GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və tələbələr iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qaydışı, onun siyasi uzaqgörənliyi, qətiyyəti sayəsində ölkənin dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğu vurğulanıb. Xalqımız qarşısındakı tarixi xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanan Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasındakı xidmətləri diqqətə çatdırılıb.

Tədbirin sonunda “Heydər Əliyev – dəyərlərimizin xilaskarı” adlı sənədli film nümayiş olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see238

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see235

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see230

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see228

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see227

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see220

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see218

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see215

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see199

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see193

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see191

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see187

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see182

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri