Icma.az
close
up
RU
Heydər Əliyev və Qarabağ Zəfərinin möhtəşəm təməlləri

Heydər Əliyev və Qarabağ Zəfərinin möhtəşəm təməlləri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müstəqil Azərbaycanın milli ordusunun yaradılması və möhkəmləndirilməsi, onun ən müasir silah və texnika ilə təchiz edilməsi və bu gün dünyanın ən güclü 50 ordusu sıralarında yer alması müstəqil dövlət quruculuğunun ən böyük uğurlarından biridir.

Milli Ordumuzun yaradılması prosesi əslində, müstəqilliyimizin tarixidir. Bu sahədə ilk təcrübə hələ 1918-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu ilə bağlı gördüyü tədbirlər nəticəsində əldə edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq 1918-ci il iyunun 26-da Milli Ordunun yaradılması, iyulun 11-də isə hərbi səfərbərlik haqqında fərman verilmiş, noyabrın 1-də isə Hərbi Nazirlik yaradılmışdır. Milli Ordunun və hərbi donanmanın formalaşması prosesi 1920-ci ilin əvvəlinədək 40 min nəfərlik nizami ordu yaradılsa da, 28 aprel bolşevik işğalı bu milli gücü süquta uğratmışdır.

Keçmiş  SSRİ-nin süqutu gedişində – 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan etmiş, öz ordusu və cəbbəxanası olmayan  Azərbaycan xalqı daxili və xarici düşmənlərin ikiqat mühasirəsində öz taleyi ilə təkbətək qaldı. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 9-da “Azərbaycan Silahlı Qüvvələri haqqında” Qanun qəbul edilməsinə baxmayaraq, o zaman respublika rəhbərləri Milli Ordu yaradılmasına nail ola bilmədilər. 

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ərəfəsində respublikada həyatın bütün sahələrində, o cümlədən ictimai və iqtisadi, siyasi və hərbi sferada idarəolunmaz vəziyyət yaranmışdı. Azərbaycan içəridən parçalanıb yox olmaq təhlükəsi ilə üzləşmişdi. Vətəndaş qarşıdurmasının alovları Gəncədən Bakı istiqamətində yayılmağa başlamışdı. 

Ermənistanın işğalçı qüvvələri ölkəmizdəki bu ağır vəziyyətdən istifadə edərək Azərbaycanın dərinliklərinə doğru irəliləyirdilər. Şuşa və Laçın rayonlarından sonra, ərazisi Dağlıq Qarabağın ərazisindən artıq olan Kəlbəcər rayonu işğalçı erməni faşistlərin əlində idi. Bütün bunların nəticəsində erməni təcavüzkarları havadalarının köməyi ilə Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, 1 milyondan çox vətəndaşlarımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdi. 

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə Azərbaycan xalqının qurtuluş mübarizəsində həlledici dönüş başladı. Ordu quruculuğu sahəsində çox mühüm tədbirlər müəyyən edildi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yarandı. Dövlətçiliyi, müstəqilliyimizi qorumaq və möhkəmləndirmək üçün Ulu öndər Azərbaycan Ordusunun yaradılması məsələsini önə çəkdi. 

1993-cü il noyabrın 1-də onun fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Şurası yaradıldı. Həmin gün axşam Heydər Əliyevin sədrliyi ilə Müdafiə Şurasının iclası keçirildi. İclasda Ermənistanın işğalının, təcavüzkarlığının qarşısını almaq üçün görüləcək zəruri tədbirlər və respublikada yaranmış ictimai-siyasi vəziyyət müzakirə edildi. Müdafiə Şurasının qərarı ilə Müdafiə Nazirliyinin əsas strukturlarında bəzi kadr dəyişiklikləri edildi. 

Ali Baş Komandan Heydər Əliyev Silahlı Qüvvələrin quruculuğunu necə, hansı yolla sürətləndirmək yollarını hər gün yorulmadan araşdırırdı. O, respublikanın digər problemlərinin həllində olduğu kimi bu məsələnin həllində də ümumxalq yardımına arxalanırdı. Elə bu məqsədlə də o, 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə Azərbaycan xalqına öz tarixi müraciətini etdi. Ulu öndər orduda mərkəzləşdirilmiş idarəetmə, vahid komandanlıq prinsiplərinə əsaslanaraq deyirdi: “Hamı bir mərkəzdə - Müdafiə Nazirliyində, Ordumuzda cəmləşməlidir. Kim istəyirsə, gəlib qulluq etsin”. 

Ulu öndərin bu müraciətindən sonrakı dövrü haqlı olaraq milli ordu quruculuğunda yeni mərhələnin başlanğıcı adlandırırlar. Bu müraciət ordu quruculuğunda yeni mərhələnin yox, ümumiyyətlə Azərbaycan Silahlı Qüv-
vələri yaradılmasının başlanğıc dövrü hesab etmək daha düz olardı. 

1994-cü il yanvarın 5-də Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında milli ordumuz əks-hücuma keçdilər. Uğurlu hərbi əməliyyatlar nəticəsində milli ordumuz Füzuli rayonunun strateji əhəmiyyətli Horadiz qəsəbəsini və 22 kəndi düşməndən azad etdi və hücumu genişləndirərək Cəbrayıl və Kəlbəcər rayonlarınım 10-dan çox kəndini təcavüzkarlardan təmizlədi. 1994-cü il mayın 8-də Bişkek protokolu imzalandı və bu sənədə əsasən mayın 12-də iki dövlət arasında atəşkəs elan olundu. 

Ulu öndərin Milli Ordumuza göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlkilərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hissələrin maddi texniki, tibbi və digər vasitələrlərlə təmin edilməsi təşkil edildi. 

Varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edildi. 1994–2003-ci illərdə Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan Ordusunun beynəlxalq əlaqələri də genişlənmişdir. Bu illərdə NATO, MDB, GUAM çərçivəsində, bir sıra dövlətlərlə ikitərəfli hərbi əməkdaşlığın əsasları qoyuldu. 

2003-cü ildən bu işlər ölkə Prezidenti, Respublika Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2020-ci ilədək müvəffəqiyyətli Ordu quruculuğu sayəsində Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordu sıralarına daxil oldu.

Ulu öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbiçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordumuzun ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. 

 Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. (2021)

Rəşadətli Ordumuz 2016-cı ilin aprel ayında sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Daha bir hərbi uğur 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. 2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı.

2020-cı il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə  təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi.

2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağı erməni silahlı birləşmələrindən təmizləmək, qanunsuz hərbi xuntanı ləğv etmək, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə yerləşən Xocalı, Xocavənd, Xankəndi, Ağdərə və digər məntəqələr düşməndən azad etmək üçün lokal anti-terror xarakterli tədbirləri nəticəsində Ermənistan ordusunun qalıqları darmadağın edildi, hərbi xunta susduruldu.

Bununla, Azərbaycan Respublikası Qarabağ bölgəsində Konstitusiya quruluşunu və suverenliyini tam şəkildə bərpa etdi. Bütün bunlar ulu öndər Heydər Əliyevin ordu quruculuğu strategiyasının təntənəsi oldu.

İbrahim ZEYNALOV, 
Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri