Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Heydər Əliyevin irsi müstəqil Azərbaycanın yol xəritəsidir TƏHLİL

Heydər Əliyevin irsi müstəqil Azərbaycanın yol xəritəsidir TƏHLİL

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Azərbaycanın müstəqillik tarixində mühüm yer tutan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin taleyində dönüş nöqtəsi olub. Bu tarix Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı, dövlətçiliyin qorunması və müstəqil Azərbaycanın əsaslarının möhkəmləndirilməsi ilə yadda qalıb. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi xaos və idarəetmə böhranı fonunda Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən, dövlət isə parçalanmadan xilas oldu.

Ulu Öndərin Naxçıvandan başlanan xilaskarlıq missiyası təkcə bir regionun deyil, bütün ölkənin gələcəyini müəyyənləşdirdi. Onun uzaqgörən siyasəti və qətiyyətli addımları sayəsində müstəqillik qorundu, vətəndaş cəmiyyəti formalaşmağa başladı. Bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan inkişaf, sabitlik və qürurlu dövlətçilik yolu ilə irəliləyir.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Metbuat.az-a verdiyi açıqlamada bildirib ki, 15 iyun tarixi - Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun təmin edildiyi, siyasi və ictimai sabitliyin bərpa olunduğu gün kimi tarixdə qalıb:


“11 iyun 1993-cü il tarixi – yəni Milli Qurtuluş Günü – Azərbaycan Respublikasının müstəqilliyi, dövlətçiliyin xilası, sabitliyin bərqərar olması və suverenliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Əsas məqam isə ondan ibarətdir ki, məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı bu proseslərin əsas istiqamətverici qüvvəsinə çevrildi. Onun rəhbərliyi ilə dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı və bu, daim yadda qalacaq.

1991-ci ildən etibarən Azərbaycanın müstəqilliyini zəiflətmək məqsədilə ölkədə rəhbərsizlik mühiti yaradılmağa çalışılırdı. Bu məqsədlə həm Ermənistan, həm də onu dəstəkləyən xarici qüvvələr “lidersizləşdirmə” taktikasından istifadə edirdi. 1993-cü ilin iyununda Gəncə hadisələri ilə ölkə demək olar ki, vətəndaş müharibəsi həddinə çatmışdı. Belə bir vəziyyətdə Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə – Azərbaycan Ali Sovetinin sədri seçilərək qayıdışı – Azərbaycanı xilas etdi və bu tarix Milli Qurtuluş Günü kimi dövlətimizin yaddaşına həkk olundu. Bu, həm də müstəqilliyimizin siyasi, iqtisadi və hərbi inkişafı üçün atılmış ən mühüm addım idi”.

1993-cü ilin mürəkkəb siyasi mənzərəsini xatırladan millət vəkili vurğulayıb ki, əsas məqsəd ölkədə siyasi sabitliyin təmin olunması idi:


“Həmin dövrdə Azərbaycan əyalətlərə, feodal prinsiplərlə idarə olunan bölgələrə parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Şimaldan və cənubdan daxil olan təzyiqlər ölkənin bütövlüyünü təhlükə altına salmışdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa zamanda vəziyyət sabitləşdirildi, yeni Konstitusiya qəbul olundu, xarici siyasi mərkəzlərlə əlaqələr quruldu, dövlət qurumları formalaşdırıldı və dövlət idarəetmə sistemi yenidən inşa edildi.

Ulu Öndərin uzaqgörənliyi nəticəsində həyata keçirilən yeni neft strategiyası iqtisadi dirçəlişin əsasını qoydu. Azərbaycan neftinin Avropa bazarlarına çıxarılması istiqamətində atılan addımlar, əldə olunan gəlirlərin ordu quruculuğuna və sosial sahələrə yönəldilməsi ölkəmizin beynəlxalq nüfuzunu artırdı. Yeni dövlətçilik məktəbi formalaşdı və müstəqilliyin necə böyük zəhmətlə qorunduğu bir daha təsdiqləndi”.

Arzu Nağıyev qeyd etdi ki, bu gün əgər Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını azad edibsə, qalib dövlət kimi regionun liderinə çevrilibsə, bu, məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulan təməlin nəticəsidir:

“Siyasi sabitlik və dövlətçilik ənənələrinin qorunması bu gün də prioritetdir. Bu dəyərlər yeni nəslə ötürülməli, davamlı olaraq yaşadılmalıdır. Hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi islahatlar, apardığı siyasət məhz bu tarixi xəttin – Heydər Əliyev yolunun davamıdır. Biz müstəqil dövlətik və bu müstəqilliyin ən kulminasiya nöqtəsi ondan ibarətdir ki, bu gün artıq Azərbaycan bayrağı ölkənin bütün ərazisində dalğalanır.

Müstəqilliyimizin möhkəmlənməsi istiqamətində azad edilmiş ərazilərdə aparılan dinc quruculuq işləri, infrastruktur layihələri, hərbi və sənaye baxımından əldə edilən irəliləyişlər ölkəmizin gələcəyinin təminatıdır. Bu yolda Ulu Öndər Heydər Əliyev tərəfindən vaxtilə qoyulan təməl danılmazdır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayev 11 iyun – Milli Qurtuluş Günü ilə bağlı açıqlamasında Heydər Əliyevin xilaskarlıq missiyası barədə danışdı. Müsahibimiz Metbuat.az-a bildirib ki, Naxçıvandan başlanan bu missiya Azərbaycanın müstəqillik və dövlətçilik tarixində dönüş nöqtəsi oldu:

“1990-cı ilin ortalarında Naxçıvana qayıdan ulu öndər Heydər Əliyev bu qədim torpağı təhlükələrdən xilas etməklə yanaşı, müstəqillik uğrunda mübarizənin yeni mərhələsinin əsasını qoydu. Onun təşəbbüsü ilə Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması, eyni zamanda, Ali Sovetin adının dəyişdirilməsi SSRİ-nin hələ fəaliyyət göstərdiyi dövrdə ciddi siyasi iradənin göstəricisi kimi tarixə düşdü. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən bu cəsarətli addımlar Azərbaycanın müstəqillik yolunda önəmli dönüş nöqtəsinə çevrildi. 1991–1993-cü illərdə ölkədəki siyasi böhran və xaos müstəqilliyin qorunmasını ciddi təhlükə altına almışdı. Bu dövrdə ölkədə mövcud olan qeyri-sabitlik fonunda xalq ziyalıları və müxtəlif sosial təbəqələr Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb edirdilər. Məhz bu istəklərin nəticəsi olaraq tarixə “91-lərin müraciəti” kimi düşən sənəd meydana çıxdı və bu, Yeni Azərbaycan Partiyasının yaradılması ilə nəticələndi”.

Arzu Abdullayev xatırladıb ki, xalqın böyük etimadı nəticəsində Prezident seçilən Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, siyasi sabitliyi təmin etmək və sosial-iqtisadi inkişafı sürətləndirmək istiqamətində mühüm islahatlara başladı:

“Ulu Öndər andiçmə mərasimində “Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, – deyərək yeni dövrün inkişaf strategiyasının konturlarını cızıb.

Ulu öndərin rəhbərliyi ilə Azərbaycanda qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət idarəetmə sistemi bərpa edildi, vətəndaş müharibəsinin qarşısı alındı. 1995-ci ildə qəbul edilən Konstitusiya hüquqi dövlət quruculuğunun əsasını qoydu və insan hüquq və azadlıqlarının təminatı sahəsində mühüm irəliləyişlərə yol açıb.

2003-cü ildə xalqın etimadı ilə Prezident seçilən İlham Əliyev Heydər Əliyevin siyasi irsini uğurla davam etdirərək, müasir Azərbaycanın quruculuğunda mühüm rol oynadı. Onun “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” ifadəsi ölkədə həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayandığını göstərib”.

Müsahibimiz xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatlar, siyasi sabitliyin qorunması, iqtisadi və hərbi gücün artırılması nəticəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qalib gəldi, ərazi bütövlüyünü bərpa edib:

“Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır və işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri uğurla davam etdirilir.

Ulu öndərin əsası qoyduğu siyasi xəttin davamı olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın regionda lider dövlətə çevrilməsində həlledici rol oynayıb. Bu yol xalqın rifahı, dövlətin güclənməsi və müstəqilliyin əbədi olması üçün etibarlı zəmin yaradır”, - deyə Arzu Abdullayev bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusu üzrə hazırlanmışdır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 İyun 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri