Icma.az
close
up
RU
Heydər Əliyevin Mehdiyevə görə işdən qovduğu tərcüməçi SENSASİON DETALLAR

Heydər Əliyevin Mehdiyevə görə işdən qovduğu tərcüməçi SENSASİON DETALLAR

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Eldar Namazovun son açıqlaması Ramiz Mehdiyevin hakimiyyət iddiaları ilə bağlı yeni müzakirələrə səbəb olub.

1993–1999-cu illərdə Azərbaycan prezidentinin köməkçisi və Prezident Katibliyinin rəisi olmuş Eldar Namazovun “Yeni Azərbaycan TV”yə açıqlaması ölkə siyasi gündəmində geniş rezonans doğurub. Namazov Heydər Əliyevin prezidentliyinin ilk illərində Ramiz Mehdiyevin hakimiyyəti ələ keçirməyə cəhd etdiyini deyib.

Eldar Namazov bildirib ki, 1998 və 2003-cü illərdə Ramiz Mehdiyev özünü potensial prezident kimi göstərmək üçün müxtəlif cəhdlər edib. Onun sözlərinə görə, 2003-cü il prezident seçkiləri ərəfəsində Prezident Aparatında İlham Əliyevin yaşı əsas gətirilərək təcrübəsinin az olduğunu vurğulanır, Heydər Əliyevin varis kimi Mehdiyevi gördüyü barədə təbliğat aparılırdı.

Eldar Namazovun sözlərinə əsasən, Ramiz Mehdiyev tərəfdarlarının bu fəaliyyətinə görə Prezident Aparatında bəzi şəxslər cəzalandırılıb.

“Prezident Aparatında təbliğat apardıqlarına görə bəzi adamlar cəzalandırılmışdı. Prezidentin tərcüməçisi vardı, sonra o, ölkəni tərk elədi”, Eldar Namazov deyib. Lakin o, həmin tərcüməçinin kimliyi ilə bağlı məlumat verməyib.

“Yeni Sabah”ın əldə etdiyi məlumatlar həmin hadisələrin daha geniş mənzərəsini ortaya qoyur.

Mənbəmizə əsasən, prosesin mərkəzində iki şəxs dayanıb: Heydər Əliyevin uzun illər tərcüməçisi olmuş Rauf Hüseynov və onun həmyerlisi olan, həmin illərdə sərt müxalifət düşərgəsində fəaliyyət göstərən bir siyasətçi Qüdrət Həsənquliyev...

Bu arada xatırlatmaq yerinə düşər ki, Rauf Hüseynov Prezident Aparatında fəaliyyət göstərdiyi müddətdə ictimai simpatiya qazana bilən məmurlardan olub. Bir çoxları onun məmurluğunun sadəcə prezident tərcüməçiliyi ilə məhdudlaşmayacağını düşünür və gələcək siyasi karyerasının irəliləyə biləcəyindən danışırdı. Prezident Heydər Əliyevin onu xarici əlaqələr şöbəsinə müdir müavini vəzifəsinə irəli çəkməsi bu istiqamətdə ehtimalları daha da artırmışdı.

Qayıdaq, Eldar Namazovun “Prezidentin tərcüməçisi vardı, sonra o, ölkəni tərk elədi” açıqlamasına.

Mənbənin sözlərinə əsasən, 2001-ci ildə qardaşı qətlə yetirilən Q. Həsənquliyev istintaq araşdırmasından narazı qaldığı üçün məsələni ölkənin siyasi rəhbərliyinin diqqətinə çatdırmaq istəyib. Bu məqsədlə həmyerlisi olan Rauf Hüseynovla görüşür.

Görüş zamanı müxalif siyasətçi, Rauf Hüseynova qardaşının, əslində sifarişlə qətlə yetirildiyi, amma istintaq orqanının cinayəti münaqişə zəminində törədilmiş cinayət hadisəsi kimi araşdırdığından bəhs edib. Buna görə də ondan xahiş edib ki, istintaq orqanına cinayətin obyektiv araşdırılmasına tapşırıq verməsi üçün məsələnin prezident Heydər Əliyevə çatdırılmasına kömək etsin.

Mənbənin bildirdiyinə görə, müxalifətçinin bu xahişinə cavabında Rauf Hüseynov siyasi karyerasına son qoyacaq ifadəni işlədib:

“Qardaş, Heydər Əliyevi neynirsən, ölkədə hər şeyi Ramiz Mehdiyev həll edir. Mən ona məlumat verərəm”.

Q. Həsənquliyev Ramiz Mehdiyevin böyük hakimiyyət iddialarının olduğunu anlayıb. Bundan sonra o, “çox önəmli siyasi məlumatı” Heydər Əliyevə çatdırmaq üçün təcili görüş tələbi ilə ən yüksək istansiyalarla əlaqə qurub.

Çox keçmir ki, qarşı tərəfdən cavab gəlir və Heydər Əliyev müxalif siyasətçini qəbul edir.

Qəbul zamanı Q. Həsənquliyev prezidentə Rauf Hüseynovla görüşünün detallarından bəhs edir.

Görüşdən sonra Heydər Əliyev həm Ramiz Mehdiyevi, həm də Rauf Hüseynovu təcili olaraq otağına çağırtdırıb. Gərgin keçən müşavirə zamanı Rauf Hüseynov siyasətçinin dediklərini inkar edə bilməyib.

Ramiz Mehdiyev isə daha hazırlıqlı davranır: Rauf Hüseynovun fikirlərinin onun bilgisi xaricində olduğunu deyir və özünün də bu durumdan hiddətləndiyini söyləyərək məsuliyyəti üzərindən ata bilir.

Bu müşavirədə Rauf Hüseynovun siyasi karyerasına nöqtə qoyulur: onun bütün vəzifələri əlindən alınaraq Prezident Aparatından qovulur.

Müxalif siyasətçinin siyasi karyera yüksəlişinə isə yol açılır: Heydər Əliyev siyasi həssaslığına görə onu təqdir edərək parlament seçkilərinə qatılmağı təklif edir.

Q. Həsənquliyev bu təklifi qəbul edir. Parlamentə düşməyi bacaran siyasətçi tədricən müxalif siyasi kursu deyişərək prezidentin dəstəkçisinə çevrilir.

İlhamə Qasımlı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Noyabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri