Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

“Heydər Əliyevin rəhbərliyi altında ölkədə dövlət idarəçiliyi möhkəmləndirildi”

“Heydər Əliyevin rəhbərliyi altında ölkədə dövlət idarəçiliyi möhkəmləndirildi”

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“15 İyun ölkəmizdə Azərbaycan xalqının müasir tarixində mühüm siyasi və tarixi əhəmiyyətə malik olan Milli Qurtuluş Günü kimi qeyd edilməklə, dövlət müstəqilliyimizin qorunması, ictimai-siyasi sabitliyin bərpası və dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyan bir gündür. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı tarixi bir nailiyyətdir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz mürəkkəb siyasi böhran, daxili qarşıdurmalar və dövlətçiliyin ciddi təhlükələrlə üzləşdiyi bir dövr yaşayırdı. 1993-cü ilin iyun ayında baş verən hadisələr Azərbaycanı vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdur. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü.
Belə bir şəraitdə Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyev Bakıya qayıdaraq ölkənin siyasi rəhbərliyində təmsil olundu və 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkədə sabitliyin bərpası, vətəndaş qarşıdurmasının qarşısının alınması və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində dönüş nöqtəsi hesab olunur”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

P.Vəliyeva qeyd edib ki, Ulu Öndərin siyasi təcrübəsi, dövlətçilik baxışı və qətiyyətli fəaliyyəti ölkədə yaranmış böhranın aradan qaldırılması üçün mühüm rol oynadı: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkədə siyasi sabitliyin təmin olunmasının və dövlət idarəçiliyinin bərpasının başlanğıcı kimi qiymətləndirilir. Həmin tarixdən etibarən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlamışdır. Qısa zamanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə vətəndaş qarşıdurmasının qarşısı alınaraq, qanunçuluq və ictimai asayiş təmin edildi, dövlət institutlarının fəaliyyəti gücləndirildi. Heydər Əliyevin rəhbərliyi altında ölkədə dövlət idarəçiliyi möhkəmləndirildi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm islahatlara başlanıldı. Məhz həmin dövrdə milli ordu quruculuğu, iqtisadi inkişaf strategiyası və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm addımlar atıldı. Sonrakı illərdə qəbul edilən yeni Konstitusiya, çoxpartiyalı siyasi sistemin formalaşması və bazar iqtisadiyyatına keçid bu siyasətin nəticələri kimi qiymətləndirilir”.

Deputatın sözlərinə görə, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir: “Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirmişdir. 1994-cü ildə imzalanan Əsrin Müqaviləsi Azərbaycanın iqtisadi inkişafında mühüm dönüş yaratdı ki, bu da ölkənin dünya iqtisadi sisteminə inteqrasiyasını gücləndirdi.
Qurtuluşdan sonra dövlət quruculuğu prosesi sürətlənərək, demokratik institutların formalaşdırılması istiqamətində mühüm addımlar atılmağa başlandı. Nəhayət, Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilməklə beynəlxalq təşkilatlarda öz mövqeyini möhkəmləndirməyə nail oldu.
Bu gün Ölkə Başçısı cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Bu siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır”.
O eləcə də deyib ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqil dövlət kimi inkişaf yoluna çıxmasının, milli həmrəyliyin güclənməsinin və gələcək tərəqqinin təməlini qoyan mühüm tarixi mərhələ kimi qiymətləndirilir: “Sonrakı illərdə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar ölkənin inkişafına, beynəlxalq nüfuzunun artmasına və dövlət institutlarının güclənməsinə zəmin yaratmışdır. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 15 İyun tarixi rəsmi olaraq Milli Qurtuluş Günü elan edilmiş və hər il ölkə miqyasında qeyd olunur. Bu əlamətdar gün Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birlik və həmrəylik dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf, əmin-amanlıq, rifah və yeni uğurlar arzulayırıq. Bu tarixi gün dövlət müstəqilliyimizin qorunmasının, milli birliyin və güclü dövlətçilik ənənələrinin əhəmiyyətini bir daha xatırladır və gələcək nəsillərə çatdırılmasına xidmət edir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 İyun 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri