Icma.az
close
up
RU
Heydər Süleymanov: “PAŞA Bankın təklif etdiyi həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir”

Heydər Süleymanov: “PAŞA Bankın təklif etdiyi həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir”

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş müasir yanaşmaları bizneslərin inkişafını sürətləndirir. Hal-hazırda müştəri məmnuniyyətinin artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bankda “Customer first” təşəbbüslərinin həyata keçirilməsini nəzərə alaraq, biz KOS sektorunun inkişafına edilən töhfələr və sahibkarlara təmin etdiyi rəqabət üstünlüklərini “PAŞA Bank”ın KOS və KİB Rəqəmsal Məhsul üzrə aparıcı direktoru Heydər Süleymanovla müzakirə etdik.
Hörmətli Heydər bəy, bildiyimiz kimi, "PAŞA Bank"ın əsas diqqəti real sektora, xüsusilə də KOS seqmentinə yönəlib. Zəhmət olmasa, KOS müştərilərə göstərilən yanaşma və təqdim olunan əsas məhsullar haqqında oxucularımıza məlumat verərdiniz. 

Sualınız üçün təşəkkür edirəm. Həyata keçirdiyimiz “CustomerFirst” təşəbbüsləri çərçivəsində hər bir müştəriyə hörmət və diqqətlə yanaşmaq, onların ehtiyaclarını anlamaq, müsbət təcrübə yaratmaq və ən əsası müştəri məmnuniyyətini artırmaq bizim başlıca məqsədlərimizdəndir. KOS seqmentində əsas niyyətimiz sahibkarlara maliyyə resurslarına daha sürətli və rahat çıxış imkanı yaratmaq, onların bizneslərini inkişaf etdirmələrinə və daha effektiv şəkildə idarə etmələrinə dəstək olmaqdır. 

Bu məqsədlə "PAŞA Bank" KOS müştərilərinə bir sıra innovativ rəqəmsal məhsullar təqdim edir, o cümlədən sürətli və avtomatlaşdırılmış rəqəmsal kredit məhsulu, POS kreditləri, faktorinq, biznes kartları və digər məhsullar. Həmçinin, bank korporativ müştərilərimizin tədarükçülərinə də maliyyə dəstəyi verən məhsullar və bizneslərin dövriyyə kapitalını idarə etməsinə kömək edən kredit alətləri təqdim edir.

2025-ci ilin “CustomerFirst” ili elan edilməsi “PAŞA Bank” müştəriləri üçün nə deməkdir? Bu yanaşma gündəlik bank fəaliyyətinizə necə təsir edir?

Bu, ilk növbədə, müştərilərlə münasibətlərin standart yanaşmadan strateji tərəfdaşlığa keçidi deməkdir. Artıq biz sadəcə ehtiyaclara cavab vermir, onları proaktiv şəkildə öncədən müəyyən edir və uyğun həllər hazırlayırıq. Bu yanaşma nəticəsində komandamızın daxili prosesləri təkmilləşib, qərarlarımız daha çevik və məlumat əsaslı olub, müştəriyə dəyər yaratmaq baxımından daha məqsədyönlü addımlar atırıq. Bu dəyişiklik konkret nəticələr verir – müştərilərimiz daha operativ cavablar alır, təklif etdiyimiz həllər isə onların real biznes hədəflərinə daha uyğun olur. Ən əsası isə bu yanaşma bizə müştəri ilə yalnız bu günü deyil, gələcəyi də birlikdə planlamaq imkanı yaradır.

Hal-hazırda "PAŞA Bank"ın ən çox tələb olunan məhsullarından biri onlayn biznes kreditidir. KOS müştəriləri arasında bu məhsula böyük maraq var. Bu kredit həlli bizneslərə hansı rəqabət üstünlükləri qazandırır?

Tamamilə doğrudur. Bizim təqdim etdiyimiz rəqəmsal kreditlər KOS-lara bir neçə mühüm rəqabət üstünlüyü verir. İlk üstünlük sürət və rahatlıqdır: ənənəvi kreditləşmədən fərqli olaraq, bizim rəqəmsal kredit həllərimiz sayəsində sahibkarlar banka gəlmədən, tam onlayn şəkildə müraciət edə bilər və qısa müddət ərzində cavab ala bilərlər. Bəzi məhsullar üzrə kreditin təsdiqi və vəsaitin hesablanması yalnız bir neçə dəqiqə ərzində baş verir. 

Təchizat və distribütor şəbəkələrinin maliyyələşdirilməsi başqa bir üstünlükdür. Onlayn kreditlər həm də böyük təchizat zəncirlərində iştirak edən KOS-lar üçün üstün fürsətlər yaradır. Təchizat Zənciri Maliyyələşməsi (Supply Chain Finance) və Distribusiya Zənciri Maliyyələşməsi (Distributor Chain Finance) vasitəsilə sahibkarlar öz dövriyyə vəsaitlərini optimallaşdıra və nağd pul axınlarını effektiv idarə edə bilirlər. Təklif etdiyimiz həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir. 

Bankın təqdim etdiyi onlayn kredit məhsulu ən çox hansı növ bizneslərə uyğundur və onlara hansı əsas faydaları təklif edir? 

Təqdim edilən məhsul ilk növbədə pərakəndə və topdansatış ticarət sahəsində fəaliyyət göstərən bizneslər üçün nəzərdə tutulub. Bu bizneslərdə dövriyyə kapitalına yüksək tələbat mövcuddur və tez-tez mal dövriyyəsini artırmaq üçün əlavə maliyyə resurslarına ehtiyac duyulur. Məhsulun faydalarına gəlincə, onun sayəsində sürətli likvidlik əldə edərək stokları artırmaq və daha böyük sifarişlər qəbul etmək mümkündür. Distribusiya Zənciri Maliyyələşməsi ilə tədarükçülərlə daha əlverişli şərtlərlə işləmək və onlayn müraciət və avtomatik təsdiqlə operativ maliyyə dəstəyi əldə etmək asanlaşır. 

Məhsul, həmçinin, istehsalat və sənaye müəssisələrinə yönəlikdir. İstehsalçılar xammal alışı və genişlənmə üçün maliyyə ehtiyacı duyurlar. Bu istiqamət üzrə məhsul xammal alışı üçün qısa müddətdə əlavə kapital əldə etmək, Təchizat Zənciri Maliyyələşməsi ilə daha sərfəli şərtlərlə təchizatçılarla əməkdaşlıq etmək və kreditin çevik geri ödəniş qrafiki sayəsində istehsal dövrlərini rahat planlaşdırmaq imkanı verir. 

“PAŞA Bank” 2024-cü ildə nüfuzlu "Euromoney" nəşri tərəfindən KOS sektoruna verdiyi töhfələr sayəsində "Ən yaxşı KOS bankı" adına layiq görülüb. Bu kontekstdə soruşmaq istərdik ki, yerli bazarda rast olunduğu praktikadan fərqli olaraq, “PAŞA Bank” biznes krediti üçün müraciət edən sahibkarlardan çoxsaylı sənədlər və maliyyə hesabatları tələb etməyin qarşısını necə alır? 

Bu mükafat bizim üçün böyük bir uğurdur və bu, KOS-ların inkişafına verdiyimiz dəstəyin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Sualınıza cavab olaraq vurğulamaq istərdim ki, əsas məqsədimiz KOS-ların maliyyə əlçatanlığını maksimum dərəcədə sadələşdirmək və onları ənənəvi bank prosedurlarının yaratdığı maneələrdən azad etməkdir. Bu səbəbdən onlayn biznes krediti müraciət prosesi zamanı mürəkkəb tələblər və çətin maliyyə hesabatlarına ehtiyac yoxdur. Sahibkarlara yalnız VÖEN məlumatları və dövriyyə üzrə minimum məlumatlar tələb olunur. Əksər hallarda, müştəri banka heç bir əlavə sənəd təqdim etmədən onlayn şəkildə kredit ala bilər. 

Ənənəvi biznes kreditlərində olduğu kimi, mürəkkəb maliyyə balansları və ya mənfəət-zərər hesabatlarının təqdim edilməsi tələb olunmur. Kreditin təsdiqi üçün real dövriyyələr və hesab hərəkətləri əsas götürülür. Sahibkarların biznes fəaliyyəti “PAŞA Bank”ın daxili Big Data və süni intellekt əsaslı skorinq modeli ilə qiymətləndirilir. Bu model müştərinin bank dövriyyəsini, vergi ödənişlərini və digər iqtisadi göstəricilərini analiz edərək qərar qəbul edir, hətta bir çox hallarda zaminliyə və girova ehtiyac qalmır. 

Həmişə olduğu kimi, “PAŞA Bank” 2025-ci ildə də KOS-ların inkişafını dəstəkləyən və onların maliyyə əlçatanlığını artıran həllər yaratmağa davam etməyi planlaşdırır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://banco.az
archiveBu xəbər 20 May 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri