Icma.az
close
up
RU
Heyvanlarda yayılan dabaq xəstəliyi insanlar üçün təhlükəlidirmi? Fərqli fikirlər

Heyvanlarda yayılan dabaq xəstəliyi insanlar üçün təhlükəlidirmi? Fərqli fikirlər

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu, virus xəstəliyidir. İnsanlarda ölümə də səbəb ola bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Vahid Məhərrəmli bölgələrdə heyvanlar arasında yayılan dabaq xəstəliyi və həmin xəstəliyə yoluxmuş heyvanların ətinini insan orqanizminə ziyanlarından danışarkən deyib. 

Ekspert hesab edib ki, əgər insanın immun sistemi, orqanizmi zəifdirsə, virus ölümə də səbəb ola bilər:

"Sözügedən xəstəliklə əlaqədar avqust ayının sonunda çıxış etmişəm. Bildirmişəm ki, ölkədə artıq dabaq xəstəliyi yayılmağa başlayıb və bunun qarşısı təcili alınmalıdır. Alınmasa, bundan işbazlar istifadə edəcək. Həmin heyvanların süd və ət məhsulları bazara çıxarılacaq. Hökumət həm bu xəstəliyin qarşısının alınması ilə bağlı ciddi tədbirlər görməlidir, həm də həmin heyvanlar ciddi nəzarətə götürülməlidir. Həmin heyvanların kəsiminə qadağa qoyulmalıdır. Bu heyvanlar yalnız utilizasiya edilib, yəni öldürülüb dərində basdırıla bilər. Əks halda işbazlar tapılacaq ki, həmin heyvanı kəsib, ətini bazara çıxaracaq. Bizdə nəzərə almırlar ki, bu heyvanların əti insanlarda xəstəlik yaradır. Ölüm halı baş verməsə də, insanlarda hərarətin artımı, ürəkbulanması, başağrısı kimi simptomlar yaradır".


Vahid Məhərrəmli kənd təsərrüfatı sahəsində ciddi nəzarətin olmadığını bildirib:

"Heyvanların baş sayı kəskin şəkildə aşağı düşüb. Bu xəstəliyin yayılması o deməkdir ki, karantin xəstəliyidir, bütün ölkələrdə ciddi nəzarətə alınır. Bundan əlavə bruselyoz xəstəliyi də var, bu da geniş yayılacaq. Qara yara xəstəliyi insan üçün daha təhlükəlidir. Bu da heyvanlar arasında geniş yayıla bilər. Nə qədər ki, heyvandarlıqda belə xəstəliklərin yayılmasının qarşısı alınmayıb, bu, insanlar üçün də ciddi təhlükə yaradır. Normal ölkələrdə ilk növbədə heyvanlar, quşlar arasında yayılan xəstəliyin qarşısı alınmalıdır ki, insanlara keçməsin. Azərbaycanda isə mən hansısa tədbir həyata keçirildiyini görmürəm. Elə bil hamı yuxuya gedib. Bu sahəyə məsul olanlar, hətta kəndlilər də bimirlər nə etsinlər. Ona görə ki, tam özbaşına buraxılıb".

Fermer Kərim Kərimli isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, dabaq xəstəliyi onun heyvanlarına da sirayət edib:

"Bu xəstəlik hər il iki dəfə - yaz və payız aylarında heyvanlarda müşahidə olunur. Xəstəliyin ağır keçməməsi üçün dövlət tərəfindən vaksinasiya həyata keçirilir. Bu xəstəlik heyvanlarda ağızın selikli qişasında, dırnaq arasında, dəridə və yelin nahiyələrində özünü büruzə verir. Xəstəliyə yoluxmuş heyvan bir həftə əziyyət çəkir. Xəstəliyin törədicisi vəhşi heyvanlar, xüsusən də çöl donuzları hesab olunur. Dabaq xəstəliyi yalnız cütdırnaqlılara xas olan xəstəlikdir, ölüm riski yaradacaq qədər təhlükəli xəstəlik deyil və insana keçməsi təxmini sıfra bərabərdir. İnsanlar üçün yalnız iqtisadi baxımdan təhlükəlidir, sağlamlıq baxımından isə təhlükəli deyil".

Xəstəliyin insanlar üçün təhlükəsi ilə bağlı süni intellektin cavabı isə belədir:

- Heyvanlarda müşahidə edilən dabaq xəstəliyi (dəri göbələk infeksiyası) əsasən dəri və tükləri hədəfləyir. Aşağıdakı məlumatlar riskləri aydınlaşdırmağa kömək edəcək:

1. Dabaqlı heyvanın əti:

- Risk: Göbələk sporları əsasən dəri, tük və dırnaqlarda yerləşir. Yaxşı bişirilmiş ət göbələyi məhv edir.

- Təhlükəsizlik tədbirləri:  

Xəstə heyvanın ətini emal edərkən ələdlə, alətlərlə və səthlərlə təmasdan qaçın.  

Əti ən azı 75°C-də tam bişirin.  

Çiy və ya yarımbişmiş ət yeməyin.

2. Dabaqlı heyvanın südü:

- Risk: Göbələk sporları süddə nadir hallarda olur, lakin sağım zamanı dəridən südə keçmə ehtimalı var.

- Təhlükəsizlik tədbirləri:  

Südü qaynatmaq və ya pasterizasiya etmək göbələyi məhv edir.  

Çiy süd içməyin.  

Sağım avadanlığını dezinfeksiya edin.

3. Ən böyük təhlükə:

- Birbaşa təmas! Xəstə heyvana toxunmaq, onun yuva və əşyaları ilə təmas birbaşa yoluxma yollarıdır.  

- Uşaq, hamilə qadın və immuniteti zəif olanlar daha həssasdır.

4. Praktik məsləhətlər:

1. Heyvanı müalicə etdirin: Veterinar tərəfindən antifungal dərmanlar (məsələn, itrokonazol).

2. Ət və süd məhsullarını emal edin: Həmişə bişirin/qaynadın.

5. Gigiyena:  

- Heyvanla təmasdan sonra əlləri sabunla yuyun.  

- Xəstə heyvanın əşyalarını (kəmər, fırça) ayrıca saxlayın və dezinfeksiya edin.

6. İnsanlarda yoluxma əlamətləri:

- Dəridə qırmızı dairəvi ləkələr, qaşınma, tük tökülməsi.  

- Dərhal dermatoloqa müraciət edin (müalicə: antifungal kremlər, tabletlər).

Nəticə:  

Dabaqlı heyvanın yaxşı bişirilmiş əti və qaynadılmış südü əsasən təhlükəsizdir, lakin ən yaxşı həll xəstə heyvanı müalicə etdirmək və gigiyena qaydalarına ciddi riayət etməkdir”.  

Qeyd edək ki, bir neçə gündür, bölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar yayılıb. Hətta bəzi məlumatlarda bu xəstəliyə yoluxmuş heyvanların kəsilərək Bakıya gətirildiyi də bildirilir. 

Bahar Rüstəmli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:406
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see238

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see202

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see193

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see187

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see157

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see154

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see145

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see144

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see141

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see139

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see137

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see132

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri