Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hibrid təhdidlər fonunda yeni mənzərə

Hibrid təhdidlər fonunda yeni mənzərə

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Kiberhücumlar və texnoloji sabotajlar müasir təhlükəsizlik anlayışını dəyişir

Son illər Avropa təhlükəsizlik və sabitlik baxımından ən mürəkkəb dövrlərindən birini yaşayır. Təhlükəsizliyə qarşı təhdidlər daha çox “boz zona” adlandırılan hibrid hücumlar şəklində özünü büruzə verir. Məsələdən narahat olan Avropa İttifaqı (Aİ) rəhbərliyinin bəyanatları problemin qarşısının alınması məqsədilə daha ciddi addımların atılmasının vacibliyini göstərir.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen mövcud vəziyyətlə bağlı danışarkən bildirib ki, qitənin bir sıra ölkələrində hava məkanının pozulması, kiberhücumlar və infrastruktur obyektlərinə qarşı texnoloji təxribatlar baş verir. Hadisələrin təsadüfən cərəyan etmədiyini diqqətə çatdıran komissiya sədri bunu Avropanın dayanıqlılığını sınaqdan keçirməyə yönəlmiş addım kimi dəyərləndirib: “Avropa bu hadisələrə, sadəcə, müşahidəçi kimi yanaşa bilməz. Hər bir insident araşdırılmalı, məsuliyyətin kimin üzərinə düşdüyü dəqiq müəyyən edilməlidir”. Şübhəsiz, Fon der Lyayenin çağırışının arxasında hərbi təhlükələrlə yanaşı, geosiyasi sabitlik amili də dayanır. Çağdaş dövrdə dron hücumları, kiberhücumlar və sabotaj aktları ölkələrin təhlükəsizlik konsepsiyalarının köklü şəkildə dəyişməsinə səbəb olub. Ona görə də İttifaq belə təhdidlərlə mübarizədə müasir müdafiə mexanizmləri yaratmaq üzərində işləyir. Aİ-nin bu istiqamətdə irəli sürdüyü təşəbbüslərdən biri “dron divarı” adlanan texnoloji sistemin yaradılmasıdır. Yüksək dəqiqlikli sensorlar, izləmə və zərərsizləşdirmə vasitələri ilə təchizi nəzərdə tutulan sistemin məqsədi dronları vurmaq, onların mənbəyini, idarəedici sistemlərini və uçuş trayektoriyalarını müəyyənləşdirməkdir. Qitə bu yolla gələcəkdə baş verə biləcək hibrid hücumlara qarşı qabaqlayıcı tədbirlər görmək niyyəti güdür.

Avrokomissiya sədrinin çıxışında diqqətçəkən digər mühüm məqam onun məsələyə iqtisadi aspektdən yanaşmasıdır. Ursula Fon der Lyayen qeyd edib ki, ucuz dronları zərərsizləşdirmək üçün bahalı qırıcı təyyarələrin havaya qaldırılması iqtisadi baxımdan səmərəli üsul deyil. O, daha sadə, çevik və məqsədyönlü anti-dron sistemlərinin yaradılmasının vacibliyini vurğulayıb. Lyayenin fikrincə, bu yolla müdafiə xərclərini azaltmaq, texnoloji asılılığı aradan qaldırmaq mümkün olar. Lyayen müdafiə sənayesinə yatırımların Avropanın öz daxilində cəmlənməsinin vacibliyini də diqqətə çatdırıb. Doğrudan da, hazırda Avropa ölkələrinin təxminən üçdə ikisi bunun üçün ABŞ şirkətlərinə müraciət edir və qitədə iqtisadi baxımdan asılı vəziyyətə düşür. Əslində, müdafiə layihələrinin, ən azı, 65 faizi Avropa ərazisində həyata keçirilməlidir ki, yeni iş yerləri və innovativ texnologiyaların tətbiqi üçün münbit şərait yaransın. Avropanın özünün istehsal etdiyi müdafiə sistemləri ilə qitənin sənaye potensialını artırmaq, gənc mütəxəssislərin yeni sahələrdə fəaliyyətinə təkan vermək mümkündür. Avropada təhlükəsizlik anlayışı kiberhücumlar, enerji asılılığı, informasiya manipulyasiyası və texnoloji təxribatlar səbəbindən yeni məna qazanıb. Ona görə də Aİ dövlətləri müxtəlif təhdidlərə qarşı diplomatik, hüquqi və iqtisadi alətlərlə cavab verməyi məqsədəuyğun hesab edir. Bu günlərdə ASB-nin Kopenhagen sammitində Avropa liderləri ciddi mövqe nümayiş etdiriblər. Hava məkanının qorunması, enerji infrastrukturlarının təhlükəsizliyi və sanksiyalardan yayınmanın qarşısının alınması məsələləri müzakirə olunub. Bütün təşəbbüslər, sözsüz ki Avropanın öz təhlükəsizliyinə və sabitliyinə daha sistemli yanaşmaq istəyindən qaynaqlanır.

Qlobal siyasətdə baş verən dəyişikliklər fonunda Avropa qarşılıqlı təhlükəsizlik və diplomatik sabitlik mühiti qurmağa çalışır. Məlumdur ki, Rusiya ilə Avropa arasında münasibətlər Ukrayna müharibəsi fonunda xeyli mürəkkəbləşib. Enerji təhlükəsizliyi, iqtisadi əlaqələr və diplomatik münasibətlərdə daha çox müşahidə olunan gərginlik müdafiə sahəsində yeni çağırışların zərurətini ortaya qoyub. Avropa ölkələri Ukraynadakı vəziyyətə cavab olaraq müdafiə və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığa, enerji asılılığının azaldılmasına və strateji müstəqilliyin gücləndirilməsinə yönəlmiş addımlar atırlar. Bununla belə, Avropa daxilində məsələ ilə bağlı fikir ayrılıqları mövcuddur. Bəzi dövlətlər dialoqun və diplomatik yolların qorunmasını vacib hesab etsə də, təhlükəsizliyin yalnız birgə və qətiyyətli addımlarla təmin oluna biləcəyini düşünənlər də var. Kreml isə öz növbəsində Avropanın atdığı bəzi addımları təhlükəsizlik maraqlarına təhdid kimi qəbul edir. Moskvanın mövqeyi ondan ibarətdir ki, Avropada formalaşan yeni təhlükəsizlik arxitekturası kontekstində onun maraqları nəzərə alınmayıb və bu, etimad mühitini zəiflədir. Qarşılıqlı narahatlıqlar fonunda “boz zona” adlandırılan gərginlik xətti yaranıb. Aİ-nin hazırkı təşəbbüsləri, o cümlədən müdafiə sistemlərinin gücləndirilməsi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın şaxələndirilməsi məhz gələcək risklərin qarşısını almağa yönəlib. Ümumiyyətlə, Avropa və Rusiya arasındakı fikir ayrılıqları çoxşaxəli xarakter daşıdığından hələlik öz həllini tapmır. Hər iki tərəf balanslı və ölçülü yanaşma, risklərin nəzarət altında saxlanması və uzunmüddətli sabitliyin qorunmasını vacib hesab edir. Avropanın bu məsələdəki prioriteti qitənin müdafiəsini gücləndirmək, diplomatik kanalları açıq saxlamaqla regionda davamlı sabitliyi bərpa etməkdir. Birbaşa qarşıdurmaya çevrilməyən, amma tərəflər arasında etimadı zəiflədən “boz zona” fəaliyyətləri, əfsuslar olsun ki, hələ də mövcuddur. Sözügedən təhlükə qitəni hər an hazırlıqlı olmağa məcbur edir.

Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı

“Boz zona” hücumlarının ən təhlükəli tərəfi onların “müəllifinin” naməlum qalmasıdır. Əgər hücumun arxasında konkret bir dövlətin dayandığı sübuta yetirilmirsə, beynəlxalq hüquqa əsaslanan cavab tədbiri çətinləşir. Bu isə “hücumçu” üçün əlverişli şərait yaradır. O, həm məsuliyyətdən yayınır, həm də qarşı tərəfi qeyri-müəyyənlik içində saxlayır. Nəticədə Avropa hadisəni ehtiyatla qiymətləndirməyə məcbur olur və bu ehtiyatlılıq bəzən real fəaliyyətin gecikməsi ilə nəticələnir. Avropa İttifaqının bu vəziyyətə qarşı cavabı təkcə hərbi tədbirlərlə məhdudlaşa bilməz. Müasir müdafiə sistemləri, xüsusilə pilotsuz uçuş aparatlarının neytrallaşdırılması texnologiyaları, enerji və kommunikasiya xətlərinin qorunması üzrə yeni mexanizmlər bu istiqamətdə prioritet olmalıdır.

Müasir informasiya müharibəsi də prosesin ayrılmaz tərkib hissəsidir. Sosial şəbəkələr vasitəsilə yayılan saxta məlumatlar, ictimai rəyin manipulyasiyası və populist narrativlərin gücləndirilməsi Avropa cəmiyyətini içəridən zəiflətməyi hədəfləyir. Hibrid hücumların qarşısının alınması üçün hüquqi çərçivələrin yenilənməsi vacib amildir. Kibermüdaxilələrin hansı hallarda “silahlı hücum” sayılacağı və kollektiv müdafiə mexanizmlərinin hansı şərtlərlə işə düşəcəyi məsələləri beynəlxalq hüquqda hələ tam dəqiqləşdirilməyib. Aİ və NATO bu sahədə yeni standartların hazırlanmasına, məsuliyyətin dəqiq müəyyən edilməsinə çalışır. Bu, həm cavab tədbirlərinin legitimliyini təmin edəcək, həm də potensial təxribatların qarşısını almaqda çəkindirici təsir göstərəcək. İnstitusional və əməli səviyyədə bir sıra praktiki addımlar da artıq gündəmdədir. Bunlara üzv dövlətlərin kəşfiyyat məlumatlarının real vaxt rejimində paylaşılması, kibertəhlükəsizlik infrastrukturunun modernləşdirilməsi, ictimai kommunikasiya strategiyalarının gücləndirilməsi və kritik infrastruktur obyektlərinin müdafiəsi daxildir.

Ukrayna bu gün hibrid müharibənin bütün formalarını yaşayır və Avropa üçün real təcrübə laboratoriyasına çevrilib. “Boz zona” hücumları görünməz müharibənin yeni mərhələsidir və Avropa bu mərhələyə çevik şəkildə cavab verməlidir. Əks halda, zəif reaksiyalarla müşayiət olunan uzunmüddətli qeyri-müəyyənlik həm təhlükəsizlik sistemini, həm də Avropanın siyasi iradəsini sarsıdacaq.

Nəzrin ELDARQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri