Icma.az
close
up
RU
Hibrid təhdidlər və dezinformasiya kampaniyasına YOX!

Hibrid təhdidlər və dezinformasiya kampaniyasına YOX!

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bu istiqamətdə yeni məlumatlar açıqlayıb

Ölkəmizə qarşı hibrid təhdidlər, o cümlədən təxribat xarakteri daşıyan məlumatların yayılması, kiberhücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyalarının qarşısının alınması təhlükəsizlik baxımından böyük önəm daşıyır. Bəzi xarici dövlətlərin ölkəmizə qarşı qərəzli mövqeyi, xarici müdaxilələrin qarşısının alınması ilə bağlı mübarizə sahəsində ciddi addımların atılmasını zəruri edir. İdeoloji təhlükəsizlik məsələlərinin həmişə aktual olduğunu nəzərə alsaq, bu amilin daim diqqət mərkəzində saxlanılması vacibdir.

12 günlük qarşıdurmada ölkəmizi hədəf seçənlər...

Yeri gəlmişkən, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası da bu istiqamətdə fəaliyyət göstərərək vaxtaşırı olaraq zəruri açıqlamalar yayır. Belə ki, iyulun 1-də Komissiya  ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqladığı məlumatda İsrail-İran münaqişəsi fonunda baş verənləri diqqətə çatdırıb. Komissiya 2025-ci il 18 iyun tarixli açıqlamasının davamı olaraq bildirir ki, İran İslam Respublikası ilə İsrail Dövləti arasında baş verən 12 günlük qarşıdurma zamanı və ondan sonrakı dövrdə Azərbaycan qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən məkrli qüvvələr tərəfindən qəsdən hədəf seçilərək əlaqələndirilmiş dezinformasiya kampaniyasına məruz qalıb. Azərbaycan tərəfinin bütün səviyyələrdə verdiyi açıqlamalara baxmayaraq, Komissiyanın apardığı monitorinqlər zamanı qonşu və dost İran İslam Respublikasının ərazisində və ondan kənarda fəaliyyət göstərən qruplar tərəfindən “Telegram”, “TikTok”, “Facebook”, “X” və “YouTube” kimi platformalarda “münaqişədə Azərbaycanın rolu” ilə bağlı saxta xəbərlər və məlumatlar paylaşılaraq dövlətimizin təhlükəsizliyi və milli maraqları əleyhinə genişmiqyaslı dezinformasiya kampaniyalarının davam etdiyi müəyyən edilib.

Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır

Kampaniya zamanı İran cəmiyyətinin də hədəf auditoriyası olduğu təsbit edilib, ölkə daxilində anti-Azərbaycan sentimentin formalaşdırılması istiqamətində fəaliyyətin aparıldığı müşahidə olunub. İranın Ermənistandakı səfirinin səsləndirdiyi təxribat xarakterli iddialardan sonra isə İrandakı ermənipərəst dairələrin və şəxslərin, o cümlədən Ermənistana bağlı şəbəkələrin anti-Azərbaycan və qızışdırıcı ritorikasının daha da artdığı diqqəti cəlb edib. Eyni zamanda, İranda məskunlaşaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən Azərbaycan əsilli qruplaşma üzvlərinin sosial media platformaları vasitəsilə din pərdəsi altında manipulyativ fikirlərdən istifadə etməklə vətəndaşlarımızı müxtəlif təxribatlar törətmələri üçün çağırışlar etdikləri aşkar olunub.

Komissiyanın hesablamalarına görə, anti-Azərbaycan kampaniyası İrandan qaynaqlanan 270-dən çox profillə, əsasən, Azərbaycan, rus, fars, qismən də ingilis, türk və ərəb dillərində 600-ə yaxın hesabdan aparılır. Bundan əlavə, həmin qrupların yalnız “TikTok” platformasında 215-dən çox aktiv hesabı fəaliyyət göstərir. Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izlədiyini və müvafiq cavab tədbirləri görüldüyünü bəyan edib.

Rusiyada yaşayan azərbaycanlılara qarşı geniş kampaniya başlayıb

İyulun 2-də isə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə qarşı aparılan informasiya kampaniyasına dair açıqlama yayıb. Komissiyanın öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər nəticəsində müəyyən edilib ki, Rusiyanın Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı edilən qanunsuz hərəkətlərdən sonra Rusiya mediasında, habelə teleqram platformasında müxtəlif xəbər kanalları və şəxslər tərəfindən Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara qarşı geniş informasiya kampaniyası başladılıb. Araşdırmalar zamanı soydaşlarımıza göstərilən aqressiv davranış və qeyri-insani münasibətin adıçəkilən resurslarda da geniş təbliğ olunması və Azərbaycana qarşı qeyri-dost addımların atılması ilə bağı təxribatçı çağırışlar müşahidə edilib.

Bundan əvvəl də Azərbaycanın beynəlxalq hüquqa və milli maraqlara söykənən fəaliyyətlərinə müxtəlif hibrid təhdid alətləri vasitəsilə təsir etmək cəhdləri barədə tərəfimizdən ətraflı açıqlamalar verilib. Komissiya Milli Məclisin müvafiq komitələri, Aparatı və digər dövlət orqanları ilə əlaqələndirilmiş şəkildə ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyaları ilə bağlı qabaqlayıcı tədbirlər görür. Qurum davam edən informasiya kampaniyasının fonunda vətəndaşlarımızı və xaricdə yaşayan həmvətənlərimizi yalnız Azərbaycanın dövlət qurumları və rəsmiləri tərəfindən verilən məlumatlara istinad etməyə və inanmağa çağırıb.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri