Icma.az
close
up
RU
Hibridə maraq artır, elektromobilə azalır SƏBƏB?

Hibridə maraq artır, elektromobilə azalır SƏBƏB?

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropada benzin və dizel mühərrikli avtomobillərin satışı azalsa da, elektromobil satışı yerində sayır. Halbuki, siyasi dairələr məhz elektromobil satışının artımında maraqlıdır.

Bəs nə üçün elektromobil satışı ləng gedir? Avropalılar nə üçün hibridə maraq göstərirlər? Bu gedişlə Avropa Komissiyası 2025-ci və 2035-ci il hədəflərinə nail ola biləcəkmi?

Avtosfer.az xəbər verir ki, yanvarda Avropada hibrid avtomobillərin satışı benzin avtomobillərin satışını üstələyib. Faktı Avropa Avtomobil Konstruktorları Assosiasiyası yayıb.
Hesabat dövründə hibrid modellərin satışı ümumi təzə avtomobil satışının 35 faizini təşkil edib. Bu da illik əsasda 18,4 faiz artım deməkdir. Benzin mühərrikli avtomobillərin satışı yanvarda 18,9 faiz azalaraq ümumi bazarın 29,4 faizini təşkil edib. Vaxtilə avropalıların sevimlisi olan dizel avtomobillərin bazar payı isə cəmi 10 faiz olub. Bu da illik əsasda 27 faiz geriləmə deməkdir. Ən ciddi geriləmə avtomobil sənayesinin vətəni hesab edilən Almaniya və Fransada qeydə alınıb. Sentyabrdan indiyədək ilk dəfə olaraq hibrid modellər bütün digər modelləri üstələyib.
Elektromobil satışında il ərzində ciddi artım baş versə də, onların bazar payı hələ ki azdır – cəmi 15 faiz.

Statistikaya görə, il ərzində elektromobil satışı Avropa üzrə 34 faiz, İtaliya və Almaniyada isə  126 faiz artıb. Bununla belə, Avropa Komissiyasının elektromobillə bağlı hədəfinə çatacağı real görünmür. Hədəf isə 2025-ci ildə 25 faiz, 2035-ci ildə isə 100 faizlik bazar payıdır. Hibrid modellərə marağın artmasına səbəb onların benzin modellərlər müqayisədə daha qənaətcil, elektromobillərlə müqayisədə isə ucuz olmasıdır.
Avropada elektromobil satışında lider olan Teslanın da satışları yarıbayarı azalıb. Bunun başlıca səbəbi İlon Maskın Avropa siyasətinə ifrat müdaxiləsidir. 
Hesabat dövründə Avropa bazarında ümumi satış həcminə görə “Volkswagen” konserni, hibrid modellərin satışına görə isə Toyota liderlik edib.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Fevral 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri