Icma.az
close
up
RU
“Hicab dinin vacib şərti deyil” Qalmaqallı açıqlama

“Hicab dinin vacib şərti deyil” Qalmaqallı açıqlama

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı qaydalara etdiyi son dəyişiklik cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Sentyabrın 21-də qəbul edilən qərara əsasən, şagirdlərin müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəsinə yol verilmir. Geyim formasına riayət olunması ilə bağlı məsələlərin məktəbin Pedaqoji Şurası tərəfindən həll ediləcəyi də qərarda əksini tapıb.

Qeyd edək ki, dövlət məktəblərində məktəbli geyiminin nümunələri hələ 2022-ci ildə Nazirlər Kabinetinin 96 nömrəli qərarı ilə müəyyənləşdirilib. Yeni dəyişiklik isə həmin formanın vahidliyini pozan əlavə geyim elementlərinin istifadəsi məsələsini daha konkret şəkildə tənzimləyir. Toyuqlu pizza

Qərarın xüsusilə dini geyim elementlərinə, o cümlədən məktəblərdə baş örtüyündən istifadəyə necə tətbiq olunacağı müxtəlif fikirlərin səslənməsinə və müzakirələrə səbəb olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev də məsələ ilə bağlı mövqeyini açıqlayıb.

O bildirib ki, məsələyə pedaqoji, sosial və tarixi-dini baxımdan yanaşdıqda məktəbdə vahid geyim formasının qorunmasının vacibliyi görünür.

“Məktəb hər bir uşaq üçün dünyəvi və bərabər təhsil məkanıdır. Vahid geyim sosial-iqtisadi fərqləri aradan qaldırır və uşaqları vahid mühitdə birləşdirir. Dini və ya ideoloji simvolların məktəbə gətirilməsi isə şagirdlər arasında qütbləşməyə və psixoloji gərginliyə səbəb ola bilər”, – Rafiq Əliyev bildirib.

Onun fikrincə, məktəb yaşlı uşaqlar hələ formalaşma mərhələsində olduqları üçün geyimlə bağlı seçimlər də hər zaman onların müstəqil qərarı olmur:

“Bu yaşda geyim seçimi çox vaxt uşağın öz şüurlu qərarı deyil, valideynlərin təsirinin nəticəsi olur. Təhsil müəssisəsi uşaqlara dünyagörüşlərini yetkinlik yaşında müstəqil seçmələri üçün neytral mühit təmin etməlidir”.

Rafiq Əliyev məsələnin dini tərəfinə də toxunub. O bildirib ki, İslamın ilkin dövründə örtünmə qaydaları Mədinə cəmiyyətinin sosial şəraiti, iqlimi və təhlükəsizlik amilləri ilə bağlı olub.

“Din əslində formal örtükdən daha çox mənəvi əxlaqa və təvazökarlığa önəm verir. Məktəbli uşağın başını örtməsini dinin mütləq şərti kimi təqdim etmək formaya qapanmaq deməkdir”, – professor qeyd edib.

Rafiq Əliyevin sözlərinə görə, müxtəlif ölkələrdə təhsil mühiti ilə şəxsi dini seçimlər arasında balansın qorunması ilə bağlı fərqli təcrübələr mövcuddur.

O hesab edir ki, vahid məktəb formasının tətbiqi dini inanclara qarşı addım kimi qiymətləndirilməməlidir:

“Bu, dünyəvi dövlət quruluşunun və uşaqlar arasında bərabərliyin təmin olunması mexanizmidir. Cəmiyyətdə ayrılıq yaratmamaq üçün məktəbi sırf bilik məkanı kimi qorumaq, fərdi seçimləri isə məktəbdənkənar mühitə saxlamaq ən doğru yoldur”.

Bakupost.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Sentyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri