Hicab qalmaqalının pərdəarxası
Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kulis.az Azər Qismətin yeni yazısını təqdim edir.
Hicab məsələsi təsadüfi deyil. Dövlətə güc göstərilir. Burdan? Xeyr, yaxın ölkələrdən. Azərbaycanlıların hicab taxmasının onlar üçün bir qram eyniyyəti yoxdur. "Bacılarımız, qardaşlarımız təhlükə altındadır" deyib oyun qururlar. Dövlət sübut edir ki, Azərbaycanın öz həyat tərzi var və hansısa ölkə burda öz iradəsini yeridə bilməz.
Hicab qadağan edilməyib.
Yalnız məktəbdə olmaz.
Məktəbdə hicab olsa, onda din dünyəviliyə və dövlətin işinə qarışır.
Din siyasətə qarışır.
Sonra cuşa gəlib dövlətin işinə qarışır.
Sonra islam respublikası elan edilir.
Sonra Taliban tipli şəriət qaydaları yeridilir.
Məktəbdə hicabın hay küyü budur, konsepsiya qurulur, dövlətə gələcək təhlükə yaradılır. İlk addım məktəbdə hicab məsələsindən başlanıb.
Fikir verirsinizmi, necə ildırım sürətilə səhifələr yaradılır, roliklər çəkilir. Təsadüfdür? Xeyr. Təşkilatlanıblar.
Bunu sıravi inanclı şəxs edir? Xeyr. Sadə inanclı dindarımız işə gedib işdən gəlir, ailəsinə çörək pulu qazanır. Belə təşkilatlanmaq onun işi deyil. Xaricdən
sızdırılır. Azdan-çoxdan biz işıqlı qalmışıq, gərək uçurumun dibinə endirsinlər axı.
Kaş, alt qatda nə baş verdiyini tuta bilən çox olaydı.
Kütlə heç. O bu gün qaldırdığını sabah endirir, sonra təzədən qaldırır. Öz düşüncəsi, təhlili, uzağı görmək qabiliyyəti yoxdur axı. Heç olmasa, işıqlı insanlar öz sözlərini desin.
Bilirəm, yenə səhifələr paylaşacaq, linç edəcəklər. Sözümü dedim. Və fikrimdə qalıram.
Həyat yoldaşının gözü qarşısında sevgilisini evinə gətirən yazıçı Sevdiyin qadın bir gecəliyə gəlmişdi - Azərdən YENİ HEKAYƏ Kişi köynəyi - Günün hekayəsi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 Oktyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















