Hidayət Beynəlxalq Cüdo Federasiyası tərəfindən ən yaxşı elan edildi
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyası tərəfindən “İlin kişi cüdoçusu” adına layiq görülüb.
Fanat.Az xəbər verir ki, Heydərov bununla bağlı düşüncələrini bölüşüb.
O, federasiyanın mətbuat xidmətinə açıqlamasında belə danışıb:
“Bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Bu mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm”.
Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman isə Beynəlxalq Cüdo Federasiyası tərəfindən “Ən yaxşı kişi komanda məşqçisi” adına layiq görülüb. O, bunları söyləyib:
“Möhtəşəm komandamıza dərin təşəkkürümü bildirirəm! Belə əzmkar atletlər, peşəkar məşqçilər və inanılmaz bir komanda ilə çalışmaq mənim üçün böyük şərəf idi. Mən tək yox, biz hamımız birlikdə tarix yazdıq. Hər birinizə minnətdaram!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 02 Fevral 2025 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















