Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan cüdoçusu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçilib.
AZƏRTAC xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar Beynəlxalq Cüdo Federasiyasının (IJF) Atletlər Komissiyasına nümayəndələrini seçiblər. 5 üzv idmançıların səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub. Yeni tərkib 2025–2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək.
Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv olub.

Azərbaycanlı həkim Beynəlxalq Voleybol Federasiyasının Tibb Komissiyasına üzv seçilib
25 Noyabr 2024 16:20
Hidayət Heydərov və millinin baş məşqçisi Beynəlxalq Cüdo Federasiyasının sorğusunda liderlər sırasındadır
07 Yanvar 2025 14:41
Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib
11 İyun 2025 19:04

