Cüdo Federasiyası məşqçilərə beynəlxalq dərəcəli sertifikatlar verdi
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Cüdo Federasiyasının Şəkidə şimal-qərb regionunun cüdo məşqçiləri üçün təşkil etdiyi peşəkar inkişaf proqramının ikinci günündə ilkin yardımla bağlı təlim keçirilib.
Gununsesi.info xəbər verir ki, təlimdə idman zamanı baş verə biləcək zədələr — xüsusilə travmalar, burxulmalar və huşun itməsi hallarında göstəriləcək ilkin müdaxilə üsullarından bəhs olunub. Məşqçilərə zədələnmiş idmançının vəziyyətini qiymətləndirmək və həkim gələnə qədər təhlükəsiz şərait yaratmaq qaydaları izah edilib. Təlimin sonunda təşkil olunan imtahanı uğurla başa vuran məşqçilərə beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub.
Günün praktiki sessiyası isə “ne-waza” – yerdə tətbiq olunan texnikalara həsr edilib. Təlimatçılar “osaekomi-waza”ya daxil olan bütün saxlama fəndlərini nümayiş etdiriblər. Həmçinin bu fəndlər, onlardan yayınma yolları və uyğun kombinasiyalar Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının imtahan formatına uyğun şəkildə izah olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 13 May 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















