Icma.az
close
up
RU
​Hidayət Orucov və İrəvan teatrı: Bir ömrün mənəvi missiyası

​Hidayət Orucov və İrəvan teatrı: Bir ömrün mənəvi missiyası

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Həyatda insanlar olur ki, onların ömür yolunu bir neçə vəzifə adı ilə ifadə etmək mümkün olmur. Çünki həmin insanlar tutduqları vəzifələrdən daha böyük missiyanın daşıyıcısına çevrilirlər. Hidayət Orucov da məhz belə şəxsiyyətlərdən idi.

Azərbaycan ictimai fikrində, ədəbi-mədəni mühitində və dövlətçilik tarixində özünəməxsus yeri olan Hidayət müəllimin fəaliyyətindən danışarkən ilk növbədə onun İrəvan Teatrına bağlılığını xatırlamaq lazımdır. Çünki onun həyatının ən mənalı və məhsuldar dövrlərindən biri məhz İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə əlaqədar olmuşdur.

Ötən əsrin 60-cı illərinin sonlarında İrəvanda fəaliyyət göstərən yeganə Azərbaycan dövlət teatrına rəhbərlik etmək sadəcə inzibati vəzifə deyildi. Azərbaycanı sevməyən, ona qarşı çirkin niyyətlətlər həyata kçirməyə hər an hazır olan bir “qara” məkanda milli kimliyimizi, dilimizi, ədəbiyyatımızı və mədəni yaddaşımızı qorumaq məsuliyyəti idi. Hidayət Orucov bu məsuliyyəti dərindən dərk edir, teatrı təkcə sənət məkanı deyil, Azərbaycan varlığının mühüm dayaqlarından biri hesab edirdi.

Onun rəhbərliyi illərində teatr yaradıcılıq baxımından yeni mərhələyə qədəm qoydu. Səhnəyə çıxarılan tamaşalar, formalaşan aktyor nəsli, repertuar siyasəti və kollektivin peşəkarlıq səviyyəsi İrəvan Teatrının nüfuzunu daha da artırdı. Həmin dövrə nəzər saldıqda aydın görünür ki, Hidayət Orucov teatrın yaşaması və inkişafı üçün yalnız rəhbər kimi deyil, həm də onun mənəvi dayağı, təssübkşi kimi çalışıb.

Əslində, Hidayət müəllimin İrəvan Teatrına xidməti yalnız rəhbərlik etdiyi illərlə məhdudlaşmırdı. Sonrakı dövrlərdə də o, teatrın tarixinin, ənənələrinin və Qərbi Azərbaycandakı mədəni irsimizin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərdi. Onun çıxışlarında, məqalələrində və bədii əsərlərində İrəvan mövzusu daim xüsusi yer tuturdu. Buna misal olaraq “İrəvanda yanan çıraq”, “Burdan min atlı keçdi” və s. kimi tamaşaları səhnələşdirilərək paytaxtda və rayonlarda qastrol səfərlərində ictimayyətə təqdim edilmişdir.Bu isə təsadüfi deyildi. Çünki İrəvan Teatrı onun həyatında sadəcə bir sənət ocağı deyil, mənəvi yaddaşın ayrılmaz hissəsi idi.

Bu gün İrəvan Teatrının keçdiyi tarixi yola nəzər salarkən Hidayət Orucovun xidmətləri xüsusi ehtiramla xatırlanır. O, mürəkkəb tarixi şəraitdə Azərbaycan teatr sənətinin yaşadılmasına, milli-mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfələr vermiş şəxsiyyətlərdən biri kimi yaddaşlarda yaşayır.

Bir fakta sevinirik ki, ömrünün bütün məhsuldar çağlarını Azərbaycan adlı Vətəninin xidmətinə həsr edən Hidayət Orucov həyatının son illərində olsa belə toraqlarımızın azad olduğunu gördü. Erməni məkirli siyasətinin iflasa uğradığını öz gözləri ilə gördü. Bir dilomat olaraq xaricdə - beynəlxalq aləmə isbat etməyə çalışdığı erməni cinayətlərinin beynəlxalq aləm tərəfindən təsdiqini tadığını gördü. Ən nəhayət Azərbaycanımızın göz bəbəyi olan Şuşada, Kəlşəcərdə, Xankəndidəüç rəngli bayrağımızın dalğalandığının şahidi oldu. Zəngəzurda, Dərələyəzdə və digər qədim, ulu Vətən toraqlarına qovuşmağın bir addımlığında olduğumuzun və lap qısa zamanda bu məkanların əsl sahibləri kimi ora qayıdacağımıza əmin oldu.

Hidayət Orucovun vəfatı Azərbaycan ictimaiyyəti, ədəbi mühiti və teatr cameəsi üçün ağır itkidir. Lakin onun zəngin irsi, yazdıqları, yaratdıqları və yetişdirdiyi insanlar yaşayır. İrəvan Teatrının tarixində isə onun adı xüsusi ehtiramla çəkiləcək və hər zaman minnətdarlıqla xatırlanacaq.

Yaşar Zeynalov

C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının mətbuat katibi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 İyun 2026 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri