Hikmət Hacıyev: Konvensiyaya üzv demək olar bütün tərəflər qazıntı yanacaqları istifadəçisidir
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Bu gün real dünyanın tələbatları var və qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir. Təbii ki, iqlimə mənfi təsir göstərir, bu faktdır. Amma bunun qarşısına almaq istiqamətində birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz və mahiyyət daşımayan müzakirələrlə.
Demokrat.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Yəni, ona görə də bu günə qədər COP-a ev sahibliyi edən ölkələr demək olar ki, bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkə olublar. Bizdən əvvəl Avropa ölkələrində, məsələn, Polşada - Katovitsedə keçirilib. “Polşa bu gün dünyada ən çox kömür istehsal edilən ölkələr sırasındadır. Böyük Britaniyada Qlazqoda keçirilib.
Qlazqo dünyada ən çox kömür istehsal edilən yerlərdən biridir. Ona görə də burada qarşılıqlı ittihamlar yox, nəticəyönümlü müzakirələrə töhfə vermək lazımdır", - deyə Prezidentin köməkçisi əlavə edib.
Hikmət Hacıyev deyib ki, ümumiyyətlə, qazıntı yanacaqları ilə əlaqədar əgər bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Konvensiyanın üzvü olan demək olar bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:75
Bu xəbər 12 Noyabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları