Hikmət Hacıyev onlarla Yaxın Şərqi və Cənubi Qafqazı müzakirə etdi Foto
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
“Qardaş Türkiyəyə səfərim əsnasında dəyərli qardaşlarım Fəxrəddin Altun və Akif Çağatay ilə həmişə olduğu kimi səmimi və məzmunlu görüşlər keçirdim.Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik, müttəfiqlik xarakteri daşıyan ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik”, – o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 13 Dekabr 2024 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















