Hikmət Hacıyev: Zəngəzur dəhlizi üzrə Naxçıvanda dəmir yolu infrastrukturuna beynəlxalq tərəfdaşlar cəlb olunacaq
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Bu, diplomatik korpusun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə - Qarabağ və Şərqi Zəngəzur bölgələrinə artıq 20-ci səfəridir.
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, diplomatik korpusun nümayəndələri aparılan bərpa və quruculuq işləri ilə, eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və burada həyatın canlanması ilə yerində tanış olurlar.
Hikmət Hacıyev bildirib ki, bu səfər əsnasında əcnəbi diplomatlar Cəbrayıl və Zəngilan regionlarında aparılan yenidənqurma işləri ilə tanış olublar: “Bununla yanaşı, diplomatik korpusun nümayəndələri Zəngəzur dəhlizinin Azərbaycan seqmentində görülən işlərlə də yerində tanış olublar və brifinqləri dinləyiblər. Bu baxımdan səfər diplomatik korpusun və onların təmsil etdikləri ölkələrin mövqeyi üçün əhəmiyyətlidir”.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Horadizdən Zəngilana qədər olan hissəni daxili imkanları hesabına 2021-ci ildən etibarən intensiv şəkildə inşa etməyə davam edir: “Dəmir və avtomobil yolları infrastrukturu, tunellər də daxil olmaqla, işlər sürətlə aparılır. Digər seqmentdə isə Ermənistan ABŞ-la ikitərəfli əsasda bu prosesi həyata keçirir. Biz bu prosesləri izləyirik. Həmçinin Naxçıvan seqmentində 188 kilometrdən artıq bir zonada dəmir yolu infrastrukturu üzrə beynəlxalq tərəfdaşların cəlb olunması nəzərdən keçirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 31 Oktyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















