Hikmət Hacıyevin adından Rusiya Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan saxta açıqlama yayılıb.
APA xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının görüntüsünü imitasiya edərək hazırlanmış və uydurma iddiaların yer aldığı bu açıqlama ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir.
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 21 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















