Icma.az
close
up
RU
Hikmət Hacıyevin sitat gətirdiyi kitab Azərbaycan dilinə tərcümə olunmalıdır Etibar Əliyev

Hikmət Hacıyevin sitat gətirdiyi kitab Azərbaycan dilinə tərcümə olunmalıdır Etibar Əliyev

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Sabiq deputat Etibar Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsünə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, o, sosial media hesabında paylaşım edərək diqqət çəkən məqamın Hikmət Hacıyevin bu sahədə yazılmış sanballı kitablardan birinə istinad etməsi olduğunu qeyd edib:

“Mənim üçün diqqəti çəkən məqam: Hikmət müəllim haqlı olaraq bu sahədə yazılmış ən sanballı kitabdan sitat gətirdi. Maraqlıdır ki, “Facebook” səhifəmdə bu ilin aprel ayında həmin kitabın təqdimatını etmişdim.

Söhbət məşhur psixoloq Jonathan Haidtın yazdığı “The Anxious Generation” (“Həyəcanlı nəsil”) kitabından gedir”.

Onun sözlərinə görə, C.Haidt “Rəqəmsal epoxa”da aşağıdakı islahatları təklif edir:

“Yuxarı siniflərə qədər heç bir smartfon. Uşaqların gün boyu internetə çıxışlarını qadağan etmək üçün valideynlər onlara (9-cu sinfə qədər) adi telefon (internet-brauzersiz) verməlidirlər.

16 yaşına qədər heç bir sosial şəbəkə. Uşaqların sosial şəbəkələrə yarış naminə qoşulmalarının əvəzinə onların bu həssas dövründə zehinlərinin inkişafının təbii yollarını axtarın.

Məktəblərdə telefon qadağan olunmalıdır. Bütün məktəblərdə - ibtidai təhsildən tutmuş tam orta təhsilə qədər uşaqlar telefonlarını, smart-saatlarını və digər qurğuları xüsusi şkaflara, yaxud çantalarına yerləşdirməlidirlər. Yalnız bundan sonra onlar bir-biriləri və müəllimləri ilə ünsiyyət qurmağa maraq göstərə bilərlər.

Daha çox azadlıq və oyunlarda müstəqil (müdaxiləsiz) hərəkət. Məhz bunun hesabına uşaqlar sosial bacarıqlarını inkişaf etdirə, qorxunu aradan qaldıra və müstəqil şəkildə böyüyə bilərlər”.

E.Əliyev kitabın Azərbaycan dilinə tərcüməsinin çox vacib olduğunu da vurğulayıb:

“Haidt yazır ki, bütün bunlar böyük maliyyə tələb etmir və hətta qanunvericiliyin köməyi olmadan belə həyata keçirilə bilər. Kitabın Azərbaycan dilinə tərcüməsi çox vacibdir”./publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 İyul 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri