Icma.az
close
up
RU
Hilton Baku”nun tətbiq etdiyi qiymətlər çox da baha deyil AÇIQLAMA

Hilton Baku”nun tətbiq etdiyi qiymətlər çox da baha deyil AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hilton Baku” hoteldə turistlərin 1290 manatlıq hesabı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Paylaşılmış qəbzdə bir burger üçün 42 manat, 0.75 litr qazlı və qazsız “Sirab” üçün 11 manat, sezar salatı üçün 34 manat, kartof qızartması üçün 12 manat, qarışıq kabab seti üçün isə 85 manat ödəniş edildiyi görünür. Ümumi məbləğ 1229 manat, 5 faiz servis haqqı ilə birlikdə isə yekun məbləğ 1290 manat təşkil edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirdi ki, bu gün Azərbaycanda fəaliyyət göstərən zəncir hotellər mövcuddur ki, onlarda təbii ki, qiymət aralığı nisbətən bahadır:

"Təbii ki, bu da dünya təcrübəsinə əsaslanır. Yəni elə böyük brend hotellər var ki, orada qiymətlər aşırı dərəcədə bahadır. Yəni bu tək Azərbaycanda deyil. Həmin zəncir, eyni adda olan hotellər dünyanın bir çox ölkələrində, məsələn, Dubayda və Avropa ölkələrində fəaliyyət göstərən hotellərdir. Yəni bu göstərilən, bir vətəndaşın çəkib sosial şəbəkələrdə paylaşdığı qiymətin beş qatıdır.

Əslində, bugünkü gündə o adı çəkilən hotelin tətbiq etdiyi qiymətlər çox da ciddi baha deyil. Çünki hər halda, orada göründüyü kimi altı burger sifariş olunubsa, demək ki, burada altı nəfər bu yeməklərdən istifadə edib. Təbii ki, bu qiymət aralığı çox ciddi, baha bir rəqəm deyil. O, ortalama 600 avro civarında dəyərləndirilir. Yəni eyni set mən bunu dəqiq məlumat kimi deyə bilərəm ki, Dubayda və Sinqapurda bunun iki qat qiymətidir. Çünki burada belə bir məsələ var: bu, həmin o sosial şəbəkələrdə paylaşılan məsələ, təbii ki, bu gün gündəmdə olsa da, bu, xarici vətəndaşlar üçün nəzərdə tutulub. Ümumilikdə bu hotelin konsepti xarici turistlərə xidmət göstərməkdir. Həmin hotelin iş yükünün 90%-i xarici turistlərə xidmət göstərir".

Müsahibimiz qeyd etdi ki, orada tərtib olunan menyu qiymətləri də xarici qonaqlar üçün nəzərdə tutulub.

"Təbii ki, həmin hotel və onunla yanaşı bir çox zəncir hotellər var ki, üst seqment xarici turistlər üçün xidmət göstərir. Bugünkü gündə bununla yanaşı, bölgələrimizdə fəaliyyət göstərən, yəni yerli turistlərə xidmət göstərən hotellər var. Onlarda da neqativ hallar mövcuddur, mən bunu danmıram. Bunu da danmaq olmaz ki, təbii ki, həmin qiymətlər bahadır".

Ekspertin sözlərinə görə, regionlarda fəaliyyət göstərən hotellərin qiymətləri aşağı olsa da, iaşə müəssisələrinin, yəni restoran-iaşə müəssisələrinin qiymətləri aşırı dərəcədə bahadır.

"Təbii ki, bu bir problem ola bilər. Yəni daxili turizm bazarında geriləməyə səbəb ola bilər. Amma bugünkü gündə şəhərin mərkəzində, belə deyək, üst kateqoriya xarici qonaqlara xidmət göstərən bir hotelin belə qiymətlərini sərgiləmək normal bir haldır. Bu, dünya təcrübəsində də belədir – zəncir hotellərin baha olması adi bir haldır", - deyə Rəhman Quliyev əlavə etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyul 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri