Himalay və ya qaya duzu deyilmiş: Ən sağlam duz açıqlandı
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Himalay duzu, dəniz duzu, qaya duzu və yodlu süfrə duzu üzərində aparılan elmi qiymətləndirmələr illərdir davam edən "ən sağlam duz" mübahisəsinə aydınlıq gətirib. Araşdırmalara görə yodlu süfrə duzu təmin etdiyi yod dəstəyi ilə digər duzlardan seçilir.
Milli.Az xəbər verir ki, yod çatışmazlığı zob başda olmaqla müxtəlif tiroid xəstəliklərinə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirmələrinə əsasən, yodla zənginləşdirilmiş süfrə duzu cəmiyyətdə yod çatışmazlığının qarşısını almağın ən təsirli və iqtisadi üsullarından biri hesab olunur.
Himalay və dəniz duzu zənn edildiyi qədər fərqli deyil
Çəhrayı Himalay duzu və dəniz duzu az miqdarda maqnezium, kalium və kalsium kimi minerallar ehtiva edir. Lakin mütəxəssislər bu mineralların miqdarının gündəlik qidalanmaya əhəmiyyətli töhfə verəcək səviyyədə olmadığını qeyd edirlər. "Harvard Health" nəşrinə görə, bu duzların böyük hissəsi yenə də sodium xloriddən ibarətdir və sağlamlıq baxımından heç bir aşkar üstünlükləri yoxdur. Bundan əlavə, bir çox Himalayavə təbii dəniz duzu yodla zənginləşdirilmədiyi üçün mütəmadi olaraq yalnız bu duzları istehlak edən şəxslərdə yod çatışmazlığı riski arta bilər.
Mütəxəssislərin əsas xəbərdarlığı miqdardır
Araşdırmalar hansı duza üstünlük verilməsindən asılı olmayaraq, həddindən artıq natrium (duz) istehlakının yüksək qan təzyiqi (hipertoniya) və ürək-damar xəstəlikləri riskini artırdığını göstərir. Mütəxəssislər məhz buna görə ən sağlam seçimin yodlu süfrə duzunu ölçülü miqdarda istehlak etmək olduğunu vurğulayırlar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 04 Avqust 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















