Icma.az
close
up
RU
Himalaylarda faciə: leysandan sonra 56 insan öldü, 80 nəfər itkin düşdü (VİDEO)

Himalaylarda faciə: leysandan sonra 56 insan öldü, 80 nəfər itkin düşdü (VİDEO)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Leysan yağışlardan sonra Kəşmirdə qəfil daşqınlar başlayıb. Təbiət hadisəsi artıq 56 nəfərin həyatına son qoyub, onlarla insan itkin düşüb. Hakimiyyət orqanları qurbanların sayının kəskin artacağından ehtiyat edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə AP yazır.

Məlumata görə, Himalaylarda dağıntıya məruz qalmış Çositi kəndini axtaran xilasedicilər azı 300 nəfəri təhlükəsiz yerə köçürüblər.

Azı 80 nəfər itkin sayılır, onlardan bir çoxunun suya qərq olduğu güman edilir. Axtarış-xilasetmə işləri gecə üçün dayandırılıb. Sinoptiklər bölgədə yeni güclü yağışlar və daşqınlar proqnozlaşdırırlar.

Hökumət xəbərdarlıq edir ki, fəlakət "ciddi” insan itkilərinə səbəb ola bilər.

Məlumat verilir ki, 50 nəfər ağır yaralı yerli xəstəxanalarda müalicə olunur. Onların çoxu palçıq və tullantılarla dolu arxdan xilas edilib.

Çositi — Kəşmirdə, Kiştvar dairəsində yerləşən uzaq Himalay kəndidir. Bu, 3000 metr yüksəklikdə yerləşən dağ məbədinə illik hindu zəvvarlığı marşrutunda avtomobil yolu ilə gedilə bilən sonuncu kənddir.

Alyaskada da güclü daşqın təhlükəsi elan edilib. Mendenxoll buzlağının yanında yerləşən hövzədən sular artıq təbii buz bəndini yararaq daşır. Su basma zonasındakı bəzi sakinlər təxliyə olunub.

Şəhərdən 19 km məsafədə yerləşən buzlaq turistləri cəlb edir, ətrafında isə Mendenxol gölü və çayı sahilində evlər var.

Burada daşqınlar on ildən artıqdır ki, hər il baş verir və binalara ciddi ziyan vurur. Bu il yüzlərlə evi qorumaq üçün müvəqqəti baryerlər quraşdırılıb.

Fəlakətin səbəbi qlobal istiləşmədir: buzlaq geri çəkilərək yağış və qar suları ilə dolan bir hövzə yaradıb. Yayda su daşaraq gölə, ordan isə çaya axır və genişmiqyaslı daşqınlara səbəb olur.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Avqust 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri