Icma.az
close
up
RU
Himayədar ailələrin sayı azalır Mentalitet, yoxsa məsuliyyət qorxusu?

Himayədar ailələrin sayı azalır Mentalitet, yoxsa məsuliyyət qorxusu?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi sosiallaşmaq və gələcək inkişaf baxımından vacib məsələlərdən biri hesab olunur. Məhz bu məqsədlə Azərbaycanda da himyədar ailə sistemi tətbiq edilir və uşaqların internat tipli müəsisələr əvəzinə ailələrə yerləşdirilməsi təşviq olunur. Lakin sistem fəaliyyət göstərsə də, bu günə qədər himayədar ailələrə verilən uşaqlar hələ də azlıq təşkil edir.
Maraqlıdır, bunun səbəbi vətəndaşların himayədar ailə olmağa maraq göstərməməsidir, yoxsa müraciət edənlərin böyük hissəsi müəyyən edilmiş tələbləri keçə bilmir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan sosioloq Ağasəlim Həsənovun fikrincə, ölkəmizdə Himayədar Ailə İnstitutunun inkişaf etməməsinin səbəbi insanların mentalitetdən irəli gələn seçimləri ilə bağlıdır:
“Himayədar ailə dedikdə, valideyn himayəsindən məhrum olmuş yaxud müvəqqəti olaraq öz ailəsində yaşaya bilməyən uşaqların dövlət nəzarəti altında başqa bir ailəyə tərbiyə olunması üçün verilməsi nəzərdə tutulur. Himayədar ailə uşağı övladlığa götürməkdən fərqli anlayışdır. Bu halda uşaq hüquqi baxımdan ailənin bioloji övladı hesab olunmur, lakin həmin ailədə yaşayır və onların qayğısı, təhlükəsiz yaşayış şəraiti, tərbiyə məsələləri, təhsil və sosial dəstəyi təmin edilir.
Himayədar ailə olmaq ənənəsi keçmişimizdə də olub və bu gün də var.
Ancaq etiraf etməliyik ki, bu, inkişaf etmiş səviyyədə deyil. Ona görə ki, Azərbaycanda bu məsələ ilə bağlı geniş təcrübə yoxdur.
İnsanlar uşaqların dövlət tərəfindən müəyyən olunmuş sığınacaqlarda qalmasını, orada inkişaf etməsini himayədar ailəyə verilməsindən daha üstün hesab edirlər. Övladlara qarşı həssas davranış, onların ehtiyaclarının, tələbatlarının ödənilməsi, sosial-psixoloji dəstəyin verilməsi baxımından himayədar ailə olmaq kifayət qədər məsuliyyətli işdir. İnsanlar həm bu məsuliyyətdən çəkinərək, həm də mentalitetdən gələn mühafizəkar baxışlar səbəbindən uşaqlara himayədar olmaqdan çəkinirlər”.
Bəs cəmiyyətdə bu stereotipləri dəyişmək üçün hansı addımlar atılmalıdır?
A.Həsənov bildirir ki, maarifləndirmə işləri sözügedən məsələnin həlli ola bilər:
“İstənilən sosial problemlə bağlı ilk atıla biləcək addım, təbliğat xarakterli maarifləndirməkdir. Dövlət tərəfindən də, qeyri-hökumət təşkilatları tərəfindən də sosial mahiyyətli maarifləndirici tədbirlər həyata keçirilə bilər və yaxud da digər kontekstdə konfranslar, seminarlar, görüşlər təşkil etməklə, yerlərdə insanları cəlb etmək olar”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məlumatına əsasən Azərbaycanda 2023-cü ildən bəri 78 uşaq himayədar ailələrə verilib. 
Xədicə Paşayeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 İyun 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri