Icma.az
close
up
RU
“Hindistan ABŞ ilə İran arasında vasitəçi olmayacaq” POLİTOLOQ

“Hindistan ABŞ ilə İran arasında vasitəçi olmayacaq” POLİTOLOQ

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“ABŞ-la İran arasındakı hərbi qarşıdurma illərlə davam edə bilər. Tərəflərin 14 bəndlik memorandumu yerinə yetirməyəcəyi əvvəlcədən bəlli idi. Çünki, kağız üzərindəki bəndlər tərəflərin maraqlarını əks etdirmirdi. Digər tərəfdən İranda hakimiyyətin kimin və ya kimlərin əlində cəmləşdiyinin bəlli olmaması da memorandumun yerinə yetirilməsi ehtimalını azaldırdı”.

Gununsesi.info  bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib:

“Belə də oldu. İran Prezidenti və xarici işlər naziri Hörmüz boğazıyla bağlı bir mövqedən çıxış etdi, SEPAH generalları isə yenidən tankerlərə atəş açmağa üstünlük verdilər.

İran və ABŞ hərbi qarşdurmaya başlamaqla Pakistanı da pis vəziyyətdə qoydular. İslamabad bu ilin aprelindən başlayaraq tərəflərlə danışıqlar aparır, Vaşinqtonla Tehran arasında ortaq məxrəc tapmağa çalışırdı. Alınmadı. Pakistandan əvvəl Türkiyə də tərəflər arasında vasitəçi olmaq istəyirdi. Ancaq Tehran Ankaranın vasitəçiliyini qəbul etmədi. Müharibədən əvvəl görüş Omanda keçirildi. Ancaq Oman görüçünün də nəticəsi olmadı.

İndiki şərtlər altında başqa bir dövlət vasitəçi ola bilərmi? Misal üçün həm Vaşinqton, həm də Tehranla normal münasibətlərə malik olan Hindistan vasitəçilik təşəbbüsü ilə çıxış edə bilərmi? Çətin. Məsələ burasındadır ki, ABŞ-İran müharibəsi və Yaxın Şərqdəki gərginlik Hindistanın da maraqlarına toxunur. Birincisi, Hindistan İran və Körfəz ölkələrindən yanacaqla təmin olunur. Müharibə bu təminatı təhlükə altında qoyub. Məhz bu səbəbdən Hindistanın neft emalı zavodları Rusiyadan daha çox neft almağa başlayıblar. İkincisi, Hörmüz boğazında üzən tankerlərdə xidmət edənlər arasında xeyli Hindistan vətəndaşı var. Müharibə zamanı hindililər arasında ölənlər olub. Üçüncüsü, Körfəz ölkələrində çalışanlar arasında Hindistan vətəndaşları var. Müharibə onlara da təhlükə yaradıb. Dördüncüsü, Hindistan 2014-cü ildə İranın strateji əhəmiyyət kəsb edən Çabahar limanını idarəçiliyə götürüb. Hindistan bu limana böyük sərmayə qoyub. Cabahar İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı idarəçiliyə götürməklə Hindistan Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyirdi. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynamalıydı. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılmalı idi. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaqdı.

ABŞ Çabahar limanına da zərbələr vurub. Müharibə davam edərsə, bu limandan istifadə mümkün olmayacaq. Müharibə dayansa belə, limanın yenidən bərpası üçün böyük vəsait tələb olunacaq. Hindistan dünyanın beşinci ən böyük iqtisadiyyatı, Hind-Sakit Okean təhlükəsizlik arxitekturasında əsas oyunçulardan biri və böyük güclərin fəal şəkildə mübarizə apardığı ölkə olsa da, Yeni Dehli Vaşinqtonla Tehran arasında vasitəçi olmağa risk etməyəcək. Hindistanın vasitəçi rolunda çıxış etməməsinin başqa səbəbi də var. Hindistan və İsrail 2026-cı ilin fevral ayında münasibətlərini xüsusi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar və milyardlarla dollar dəyərində müdafiə müqavilələri müzakirə edilib. 2020-ci ildən 2024-cü ilə qədər İsrailin ən böyük silah müştərisi olan Hindistan olub. Tehran Yeni Dehli ilə münasibətlərinə davam etsə də, İsrailin strateji tərəfdaşının vasitəçi olmasına razılaşmaz”.

Şəbnəm

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 İyul 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri