Hindistan və Pakistan arasında geniş miqyaslı müharibə gözlənilmir... Politoloq
Icma.az, Sitat.info saytına istinadən bildirir.
"Hindistan və Pakistan arasında genişmiqyaslı müharibə gözlənilmir. Hindistandan birinci Kəşnir müharibəsini dayandıran "Hind çayı müqaviləsi" çıxması, müharibə hazırlığıdır. Hər iki ölkə nüvə silahına malikdir. Tərəflərin birinin qalib gəlmək şansı yoxdur. Hindistanda islamafob və millətçi Modi Pakistana münasibəti kifayət qədər mənfidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Kəşmirdə turistlərə hücumu bəhanə edərək, müharibəyə hazırlıq əvvəlcədən planlaşdırılması istisna deyil: "Pakistan hökumətinin Kəşmirdə terrora dəstək verməsi mümkün deyil. Rəsmi İslamabad müharibədə maraqlı deyil. Hindistan son illərdə inkişaf edən Pakistan -Çin əməkdaşlığından narahatdır. Hindistan Pakistan üzərində siyasi və psixoloji qələbə əldə etməklə regionda və beynəlxalq müstəvidə mövqeyini gücləndirmək istəyir. Azərbaycan Pakistanı dəstəkləyir. Kəşmirdə Hindistanın işğalını qəbul etmir".
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 25 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















