Hindistan döyüş təyyarələrini havaya qaldırdı
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Hindistana məxsus “Rafale” qırıcı təyyarələri ötən gecə Cammu və Kəşmir bölgəsində patrul uçuşu həyata keçirib və Pakistan da qarşılıq verib.
"Cebheinfo.az" "Associated Press"ə istinadən xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrinə (IAF) məxsus dörd “Rafale” döyüş təyyarəsi "Hindistanın milli coğrafi sərhədləri daxilində" Cammu və Kəşmir hava məkanında patrul uçuşları həyata keçirib.
Məlumatda Pakistan Hərbi Hava Qüvvələrinə (PAF) məxsus döyüş təyyarələrinin "Hindistan elementlərinin hərəkətini dərhal təsbit etdiyi və vaxtında və diqqətli şəkildə cavab verdiyi" və cavabdan sonra IAF təyyarəsinin bölgədən geri çəkildiyi bildirilib.
Qeyd olunub ki, PAF “Hindistanın təcavüzünə” layiqli cavab vermək üçün “tam hazır və ayıqdır”.
Nigar Hacılı
"Cebheinfo.az"


