Icma.az
close
up
RU
Hindistan ucuz kartofla Çini belə keçməyə hazırlaşır FOTO

Hindistan ucuz kartofla Çini belə keçməyə hazırlaşır FOTO

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Jiteş Patel Hindistanın şimal-qərbində fermer ailəsinin oğludur. Ailə əvvəllər pambıq yetişdirirmiş. Lakin bundan ciddi gəlir əldə edə bilməyiblər. Bundan əlavə, 2000-ci illərin əvvəllərində bölgədə baş verən quraqlıq onların gəlirlərini daha da azaldıb və həyatı çətinləşdirib.

 Patel dəyişiklik etməli olub. Onlara çox su tələb etməyən və yetişdirilməsi asan olan məhsul lazım idi. Ailə şərtləri nəzərə alaraq kartof yetişdirməyə başlayıb. 

Sherg.az "Milliuyet.com.tr"yə istinadən xəbər verir ki, 2007-ci ildə kartof emal edən şirkətlər rayona maraq göstərməyə başlayıb. Elə həmin il ailə qida sənayesində istifadə olunan kartof sortlarını yetişdirməklə yüksək gəlir əldə edib. Bu, təkcə Patel ailəsi üçün deyil, Hindistandakı bir çox insan üçün də uğurun başlanğıcı sayılır. Sonrakı illərdə Hindistan virtual “kartof supergücü”nə çevrilib. Bu gün Hindistan dünyanın ikinci ən böyük kartof istehsalçısıdır. Lakin Hindistanın emal olunmuş kartof ixracı daha da diqqəti cəlb edir. Patel ailəsinin yaşadığı Qucarat, Kanada "fast food" şirkətləri üçün kartof qızartması istehsal edən müəssisələrə ev sahibliyi edir. Bu şirkətlərə əlavə olaraq, bölgədə Hindistanın ən böyük dondurulmuş kartof qızartması istehsalçısı üçün istehsal müəssisələri də var. Bütün bu obyektlər Qucaratı Hindistanın kartof qızartmasının paytaxtına çevirib. Regionda istehsal olunan dondurulmuş kartof qızartması Qucaratdan dünya ölkələrinə ixrac edilir. Hindistanın bu sektorda ən böyük müştərilərinin Filippin, Tayland və İndoneziya kimi Asiya ölkələri olduğu bildirilir. İstehsalın gündəlik artması ilə Hindistanın dondurulmuş kartof qızartması ixracı keçən fevral ayında ilk dəfə olaraq 20.000 tonu ötdü. Bu məlumatlara görə, Hindistanın kartof qızartması ixracatı əvvəlki ilə nisbətən yüzdə 45 artımla 181 min 773 tona çatıb. Bildirilir ki, Hindistanın bu sektorda ən böyük üstünlüyü ucuz işçi qüvvəsi sayəsində daha ucuz qiymətə sata bilməsidir. 


Hindistanın dondurulmuş kartof ixracını araşdıran Devendra K. mövzu ilə bağlı BBC-yə danışıb. Devendra Hindistanın dondurulmuş kartof qızartmasının beynəlxalq bazarda rəqabətədavamlı qiymətləri ilə tanındığını və Hindistanın bu sektorda tezliklə hətta Çini də keçə biləcəyini qeyd etdi. Ölkənin ən böyük kartof qızartması istehsalçısı olan "HyFun Foods" şirkətinin baş direktoru Hareş Karamchandani, "Bol məhsul, sərfəli istehsal və keyfiyyət standartlarına diqqət sayəsində Hindistan əsas oyunçu və ixracatçı kimi ortaya çıxdı" dedi. Karamchandani qeyd edib ki, onun şirkəti hazırda Qucaratda yeddi kartof emalı zavodu işlədir və daha ikisi 2026-cı ilə qədər açılacaq. Hindistanın hazır qidalar sahəsində atdığı addımlar fermerlərin də ürəyincədir. Universitetdə kənd təsərrüfatı üzrə də təhsil alan Jiteş Patel həmkarları ilə birlikdə məhsuldarlığı artırmaq üçün daim yeni üsullarla təcrübələr aparır. "Biz yaxşı təhsilli əkinçilik icmasıyıq, ona görə də daim yeni üsullar sınayırıq" deyən Patel, ilk dəyişikliklərdən birinin tarlalarda damcı suvarma sisteminin tətbiqi olduğunu bildirib. 

Rayonun fermerləri torpağın münbitliyini qorumaq və təbii gübrələrlə gübrələmək üçün yay boyu əkin sahələrinə istirahət verirlər. Patel, əsas diqqətlərinin mükəmməl kartof əldə etmək olduğunu ifadə edərək, "hazırda Hindistanda soyuducu anbarların yalnız 10-15 faizinin dondurulmuş qidaları saxlamaq üçün yararlı olduğu bildirilir. Ölkədə soyuducu yük maşınlarının və konteynerlərin əhəmiyyətli dərəcədə çatışmazlığı var ki, bu da temperatura nəzarət edilən daşınmanı son dərəcə çətinləşdirir və xarab olma riskini artırır", deyib.  Mütəxəssislər bildirirlər ki, bu sahələrdəki təkmilləşdirmələr Hindistanın dondurulmuş kartof qızartması bazarındakı mövqeyini daha da gücləndirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyul 2025 02:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri