Hindistan nümayəndəsi: WUF13 əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 18 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bilik və təcrübə mübadiləsi, dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır.
Bunu AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən WUF13-də iştirak edən Hindistan nümayəndəsi Anita Çinnala deyib.
O bildirib ki, WUF13-də iştirak və müxtəlif sessiyalara qatılmaq onun üçün dəyərli təcrübədir."Tədbirdə xüsusilə qadınların səlahiyyətləndirilməsi və sosial inkişaf mövzuları müzakirə olunur. Forum ölkələr arasında bilik mübadiləsinə və şəhərlərin dayanıqlı inkişafına töhfə verir. Şəhər inkişafında iqlim dəyişikliklərinə uyğunlaşma, su və tullantıların düzgün idarəolunması kimi məsələlər əsas prioritetlərdir. Azərbaycanın belə beynəlxalq platformaya ev sahibliyini müsbət qiymətləndirirəm", - deyə Anita Çinnala vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 18 May 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















