Icma.az
close
up
RU
Hindistan Pakistan müharibəsi başlayır? Hind çayının qarşısı kəsilərsə...

Hindistan Pakistan müharibəsi başlayır? Hind çayının qarşısı kəsilərsə...

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pakistanla Hindistan arasında uzun müddətdir davam edən siyasi və hərbi gərginlik yenidən alovlanıb və bu dəfə vəziyyətin nəzarətdən çıxma ehtimalı daha yüksək görünür.

İki ölkə arasında baş verənləri Redaktor.az-a şərh edən politoloq Turab Rzayev bildirdi ki, Pakistanla Hindistan arasında münasibətlər həddindən artıq gərginləşib.

"Biz bunu tərəflərin davranışlarında da müşahidə edirik. Məsələn, Pakistan tərəfi onlara ediləcək hər hansı bir hücuma mütənasib cavab deyil, misli ilə cavab veriləcəyini bəyan edib. Bu da Pakistanın hücum qorxularını ortaya qoyur.
Hindistan isə çox ciddi addımlar atır. Məsələn, dəniz limanlarını Pakistana bağlamaqla bağlı məsələləri gündəmə gətirib. Bundan əvvəl Pakistan vətəndaşları ölkədən çıxarılmış və onların vizaları ləğv edilmişdi.
Hindistan, Hind çayı ilə bağlı müqavilədən çıxaraq, Pakistanı susuzluq və aclıq təhlükəsi ilə üz-üzə qoya biləcəyini vurğulayıb. Bildiyimiz kimi, Hind çayı Pakistan ərazisinə axır. Lakin çayın qarşısına bəndlər tikilərsə, su kəsilərsə, Pakistan böyük aclıq və içməli su problemi ilə qarşılaşa bilər. Bütün bunlar iki dövlət arasındakı münasibətlərin gərginləşməkdə olduğunu göstərir", - deyə o vurğuladı.

Politoloq un sözlərinə görə, başqa bir məqam ondan ibarətdir ki, bu məsələyə qlobal oyunçular da müdaxilə edir. 

"Çin açıq şəkildə Pakistana dəstək verir və mümkün hücum zamanı onu tək qoymayacağını bildirir. ABŞ isə dolayı yolla Hindistanı dəstəkləyir. Türkiyə isə daha çox Pakistanın yanında yer alır.
Eyni zamanda Rusiya Hindistanla münasibətləri bərpa etməyə çalışır. Digər tərəfdən, Çin-Rusiya ittifaqı Rusiyanı Pakistana qarşı addım atmamağa vadar edir. Faktiki olaraq, bölgədə bloklaşmalar müşahidə olunur. Qarşılıqlı şəkildə ölkələr arasında münasibətlər gərginləşə bilər və bu da müharibə ehtimalını artırır", - deyə Turab Rzayev bildirdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see308

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see188

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see155

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see154

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see150

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see142

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see141

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see139

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see137

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see127

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see124

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see122

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri