Icma.az
close
up
RU
Hindistan Pakistana qarşı itkilərini etiraf edib: Biz məğlub olduq

Hindistan Pakistana qarşı itkilərini etiraf edib: Biz məğlub olduq

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Hindistan ordusu Pakistanla günlərdir davam edən gərginlikdə qırıcı təyyarələrini itirdiyini nəhayət etiraf edib.

Bizimyol.info "Türkiye" qəzetinə istinadən xəbər verir ki, Hindistan Ordusunun Baş Qərargah rəisi, general Anil Çauhan: "Biz məğlub olduq, amma bu, təkcə say deyil, itirdiyimiz üçün vacibdir", - deyə etiraf edib.

Hindistan Ordusunun Baş Qərargah rəisi general Anil Çauhan ilk dəfə olaraq təsdiqləyib ki, Hindistan Hərbi Hava Qüvvələrinə (IAF) məxsus qırıcı təyyarələr may ayında Pakistanla dörd gün davam edən intensiv toqquşmalar zamanı vurulub. O, Sinqapurdakı "Şanqri-La Dialoq"unda verdiyi açıqlamada, döyüşlər zamanı baş verən taktiki səhvlərin təhlil edilərək düzəldildiyini açıqlayıb.

Pakistan tərəfi Fransa istehsalı olan "Rafale" təyyarəsi də daxil olmaqla azı altı Hindistan qırıcısını vurduqlarını iddia edib. Hindistan bu iddianı rəsmi olaraq təsdiqləməyib. Hindistan Hərbi Hava Qüvvələrinin marşalı AK Bharti, "İtkilər müharibənin bir hissəsidir", deyərək şərh verməkdən imtina edib.

Hindistan rəsmiləri seçilmiş hədəflərin uğurla vurulduğunu və bütün pilotların təhlükəsiz şəkildə bazalarına qayıtdıqlarını açıqlayıb. Pakistanın isə Çinlə birgə istehsal etdiyi "JF-17" və "J-10" reaktiv təyyarələri ilə hava-hava tipli raketlərdən istifadə edərək Hindistan üzərində üstünlüyə sahib olduğu bildirilir.

"Reuters"in Amerika rəsmilərinə əsaslanan təhlili göstərib ki, Pakistan Hindistan təyyarələrinə qarşı Çin istehsalı olan "J-10" təyyarələrindən istifadə edib və bununla da Qərb istehsalı olan qırıcılara qarşı “əhəmiyyətli sınaq” təşkil edib. Çinin "Chengdu Aircraft" şirkətinin səhmləri münaqişədən sonra təxminən 40% bahalaşıb.

"Bu münaqişə Çin silah sənayesi üçün bir vitrin idi. İndiyə qədər sistemlərimiz real döyüşlərdə sınaqdan keçirilməmişdir", - deyə Çinin istefada olan polkovniki Zhou Bo deyib. Bununla belə, bəzi Qərb ekspertləri “açıq üstünlüyü elan etmək tezdir” kimi qiymətləndirmələr ediblər.

Məlum olub ki, Hindistan münaqişə zamanı Pakistanın 11 hava bazasına raket və pilotsuz təyyarələrlə hücum edib. Dehli bir çox strateji hədəflərin, o cümlədən Ravalpindi yaxınlığındakı Nur Xan bazasının uğurla vurulduğunu açıqlayıb.

Münaqişələrin nəzarətdən çıxmasından narahat olan ABŞ və müttəfiqləri hər iki ölkəyə təzyiq göstərərək münaqişələrin dayandırılmasını təmin edib. Mümkün nüvə eskalasiyasının qarşısı alındığı bildirilib.

Pakistanlı analitik İmtiyaz Gül: "Bu vəziyyət hind strateqlərini tamamilə təəccübləndirdi. Çinlə hərbi əməkdaşlığımız onun müasir müharibəyə hazır olduğunu göstərdi", - deyə bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 May 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri