Icma.az
close
up
RU
“Hindistan Rusiyadan neft alışını 50 faiz azaldıb” Modi Trampı aldadıb?

“Hindistan Rusiyadan neft alışını 50 faiz azaldıb” Modi Trampı aldadıb?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağ Ev rəsmisi bildirib ki, Hindistan Rusiyadan neft idxalını yarıbayarı azaldıb. Lakin “Reuters” Hindistandakı mənbələrə istinadla bu məlumatı təkzib edir.

Rəsminin sözlərinə görə, Vaşinqtonda Hindistan nümayəndə heyəti ilə danışıqlar “məhsuldar” keçib və Yeni Dehli artıq Rusiyadan neft alışını 50 faiz azaldıb. Hindistan sənaye dairələri isə deyir ki, neft emalı zavodlarına idxalı azaltmaq barədə göstəriş verilməyib. Mənbələrə görə, noyabr üçün sifarişlər artıq verilib və azalma yalnız dekabr və ya yanvar göstəricilərində öz əksini tapa bilər.

“Reuters” qeyd edir ki, əksinə, bu ay Hindistanın Rusiyadan neft idxalı 20 faiz artaraq gündə 1,9 milyon barrelə çatmalıdır.

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, Hindistan Rusiyadan neft almağı dayandırmağa söz verib. Onun sözlərinə görə, Baş nazir Narendra Modi onu bu barədə şəxsən əmin edib.

“Hindistanın Rusiyadan neft alması xoşuma gəlmirdi. Modi məni əmin etdi ki, artıq almayacaqlar. Bu, böyük addımdır. İndi Çinin də eyni addımı atmasını istəyirik”, - Tramp bildirib.

O, əlavə edib ki, Hindistan dərhal alışları dayandıra bilməsə də, bu proses qısa zamanda başa çatacaq. Tramp, həmçinin, müharibə bitdikdən sonra Hindistanın yenidən Rusiya neftinə qayıda biləcəyini istisna etməyib.

Yeni Dehli hələlik Trampın dediklərini təsdiqləməyib. Lakin Modi oktyabrın 11-də ABŞ səfiri Serxio Qorla görüşərək münasibətlərin normallaşdırılması niyyətini nümayiş etdirib.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Moskva Hindistanla enerji sahəsində əməkdaşlığı davam etdirməyə əmindir: “Enerji resurslarımıza tələbat var, bu, iqtisadi baxımdan sərfəlidir və tərəfdaşlarımız bizimlə işləməyə davam edəcək”.

Hindistan Xarici İşlər Nazirliyi də bəyan edib ki, ölkənin əsas məqsədi sabit enerji qiymətlərini və təhlükəsiz tədarükü təmin etməkdir: “Təlatümlü enerji bazarı şəraitində Hindistan istehlakçısının maraqlarını qorumaq bizim daimi prioritetimiz olub”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Oktyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri