Icma.az
close
up
RU
Hindistan və Kambocada yanacağın qiymətləri artır

Hindistan və Kambocada yanacağın qiymətləri artır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 may, AZƏRTAC

Yaxın Şərq böhranı səbəbindən xam neftin qiymətlərinin artması Cənubi və Cənub-Şərqi Asiyada yanacaq qiymətlərinin qalxmasına səbəb olub. Hindistan və Kamboca bu həftə inflyasiya narahatlıqları fonunda benzin və dizel yanacağının qiymətlərini qaldırıb.

AZƏRTAC xəbər verir ki, mayın 19-da Hindistanda benzin və dizel yanacağının qiymətləri yenidən artırılıb. “The Indian Express” qəzetinin məlumatına görə, dövlət neft marketinq şirkətləri qiymətləri hər litrə görə təxminən 90 paisa (təxminən 1 ABŞ senti) artırıb. Son artım yanacaq qiymətlərinin litr başına 3 rupi (3,6 sent) artırılmasından cəmi beş gün sonra baş verib. Bu, dörd ildən çox müddətdə ilk artımdır və bu ay ümumi qiyməti təxminən 4 rupiyə (4,8 sent) çatdırır.

Yeni Dehlidə benzinin qiyməti hazırda litr başına 98,64 rupi (1,18 dollar), dizel yanacağının qiyməti isə 91,58 rupidir (1,10 dollar). Mumbay və Benqaluruda isə benzinin bir litrinin qiyməti 07 rupini (1,28 dollar) keçib.

Hindistan neft şirkətləri bu artımı xam neftin beynəlxalq qiymətlərinin qalxması və Hörmüz boğazı ətrafındakı gərginlik fonunda tədarükün kəsilməsi qorxusu ilə əlaqələndirir. Qeyd olunur ki, bu amillər daxili yanacaq satışlarında itkiləri çoxaldır.

Rəsmilər NDTV telekanalına bildiriblər ki, dövlət sektorundakı pərakəndə satış şirkətləri olan “Indian Oil”, “Bharat Petroleum” və “Hindustan Petroleum” artan idxal xərclərinə rəğmən pərakəndə satış qiymətlərini dəyişməz saxlamaqla böyük itkiləri öz üzərlərinə götürür. Sənaye şirkətləri son qiymət artımından əvvəl gündə 120 milyon dollardan çox zərərə məruz qaldıqları barədə məlumat verib.

Bu arada, “Phnom Penh Post” qəzetinin məlumatına görə, Kamboca da qlobal enerji bazarlarının dəyişkənliyinə cavab olaraq yanacaq qiymətlərini yuxarıya doğru yenidən nəzərdən keçirib. Son qiymətlərə əsasən, benzinin bir litrinin qiyməti 1,28 dollardan 1,35 dollara, dizel yanacağının qiyməti isə litri 1,13 dollardan 1,15 dollara qalxıb.

Kamboca hakimiyyəti bildirib ki, artım beynəlxalq neft qiymətlərinin qalxmasını və Yaxın Şərq münaqişəsi ilə əlaqəli qlobal xam neft təchizatı marşrutlarında baş verən fasilələrlə bağlı artan narahatlıqları əks etdirir. Qəzetin məlumatına görə, Kamboca demək olar ki, bütün yanacaq tələbatını idxal hesabına təmin edir və bu səbəbdən daxili qiymətlər qlobal bazar dalğalanmalarına qarşı daha çox həssasdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri