Hindistan və Pakistan arasında eskalasiya yeni silahlı qarşıdurma təhlükəsi yaradır
Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.
“The New York Times” yazır ki, Cammu və Kəşmirin ittifaq ərazisindəki terror aktından sonra Hindistan və Pakistan arasında gərginlik yeni silahlı qarşıdurma təhlükəsi yaradır.
Pakistanlı analitik Seyid Məhəmməd Əlinin fikrincə, bu dəfə eskalasiya 2019-cu ilin fevralından daha geniş ola bilər.
O, Hindistan hakimiyyətinin Pakistanla münaqişə təhlükəsindən ABŞ-la münasibətləri inkişaf etdirmək və tariflərdən imtinaya dair razılaşma əldə etmək üçün bəhanə kimi istifadə edə biləcəyi fikrini bildirib.
Adının açıqlanmasını istəməyən Pakistanın yüksək rütbəli təhlükəsizlik rəsmisi ölkəsinin istənilən eskalasiyaya ehtiyatla yanaşacağını, lakin istənilən aqressiv hərəkətə mane olacağını bildirib.
Bundan əvvəl Hindistan Pahalqam yaxınlığında turistlərin ölümü ilə nəticələnən terror aktından sonra Pakistanla sərhəddə yerləşən Attari keçid məntəqəsini bağladığını bəyan edib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 Aprel 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















