Icma.az
close
up
RU
Hindistan və “SpaceX”in birgə kosmik missiyası yenidən təxirə salınıb

Hindistan və “SpaceX”in birgə kosmik missiyası yenidən təxirə salınıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 11 iyun, AZƏRTAC

Hindistan Kosmik Agentliyi və “SpaceX” şirkəti iyunun 11-də bildiriblər ki, onların Beynəlxalq Kosmik Stansiyaya (BKS) dörd ekipaj üzvünü daşıyan “Axiom-4” birgə kosmik missiyası texniki nasazlıq səbəbindən yenidən təxirə salınıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) sədri V. Narayanan “Falcon 9” daşıyıcı raketinin gücləndirici mərhələsinin performansını yoxlamaq üçün yeddisaniyəlik sınaq keçirildiyi barədə məlumat verib. O deyib: “Sınaq zamanı hərəkət bölməsində LOX (qaz konsentratı) sızmasının aşkar edildiyi anlaşıldı. ISRO komandasına daxil olan “Axiom” və “SpaceX” mütəxəssisləri ilə bu mövzuda müzakirə əsasında buraxılış üçün sızıntının aradan qaldırılması və lazımi yoxlama testinin aparılması qərara alınıb. Buna görə də iyunun 11-nə planlaşdırılan “Axiom 04”ün buraxılışı təxirə salınıb”.

İlon Maskın “SpaceX” şirkəti isə bildirib ki, “Falcon 9” raketi vasitəsilə “Axiom 4” missiyası NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindəki start meydançasından Beynəlxalq Kosmik Stansiyaya buraxılmalı idi. Amma “SpaceX” komandası tərəfindən aparılan stasionar yoxlama zamanı müəyyən edilmiş LOX sızıntısını təmir etmək üçün əlavə vaxt tələb olunur.

“Space X”in məlumatına görə, missiyanın ekipajı insan tədqiqatları, Yerin müşahidəsi, həyat, biologiya və material elmlərinə yönəlmiş 60-dan çox elmi təcrübə keçirəcək.

NASA bildirib ki, bu agentliyin keçmiş astronavtı və “Axiom Space”də kosmosa insan uçuşu üzrə direktor Peqi Uitson kommersiya missiyasına rəhbərlik edəcək, ISRO astronavtı Şubhanshu Şukla isə pilot kimi fəaliyyət göstərəcək. Missiyanın daha iki mütəxəssisi Avropa Kosmik Agentliyinin layihə astronavtı polyak Słavoş Uznanski-Vişnevki və macarıstanlı Tibor Kapudur.

Bu kosmik missiya hava şəraiti ilə əlaqədar bir gün əvvəl də təxirə salınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri