Icma.az
close
up
RU
Mən Stalinin siyasətinə görə özümü güllələdim” Fadeyev niyə susa bilmədi?

Mən Stalinin siyasətinə görə özümü güllələdim” Fadeyev niyə susa bilmədi?

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

24 dekabr tanınmış rus yazıçı Aleksandr Fadeyevin doğum günüdür.

Kulis.az bu münasibətlə dramaturq Yuri Krotkovun yazısını Namiq Hüseynlinin tərcüməsində təqdim edir.
Sovet ölkəsində Aleksandr Fadeyevi kim tanımır ki? O, “Gənc qvardiya” kimi dillər əzbəri olan əsərin müəllifidir. Bizim yazıçı çevrəmizdə onu həmişə marşal adlandırırdılar. O, uzun illər SSRİ Yazıçılar Birliyinin idarə heyətinin baş katibi, dəfələrlə SSRİ ali sovetinin deputatı, iki dəfə Lenin ordeni laureatı, Stalin mükafatı laureatı, Stalin mükafatının təltifetmə komissiyasının katibi, ən əsası da Stalinin şəxsi məsləhətçisi və sevimlisi olmuşdu... Bundan böyük kim olasan?
Fadeyev haqda düşünərkən dərhal otuz il öncə, onunla, elə onun Vorovski küçəsindəki kabinetində görüşməmizi xatırlayıram. O zamanlar mən Yazıçıların İttifaqının Ədəbiyyat İnstitutuna daxil olmaq üçün Tbilisidən Moskvaya gəlmişdim. Mənim əlimdə ən yaşlı gürcü dramaturqlarından biri, eyni zamanda müqəddəs knyaz Şalva Dadianinin Fadeyevə ünvanlandığı tövsiyə məktubu vardı. Görüş yayda baş tutmuşdu. Fadeyev başdan-ayağa ağappaq geyinib stol arxasında oturmuşdu, onun saçları yüngülcə çallaşmış, üzü gün yanığından qırmızıya çalırdı, gözləri şən və parlaq idi. Danışanda boynunun damarları nəzərə çarpırdı, səsi isə çox qəribə, hətta deyərdim gülməli səslənirdi, zal boyda olan otağında əks-səda verirdi. Fadeyev sadə, xeyirxah, deyərdim ki, nəzərəçarpacaq dərəcədə demokratik adam idi, amma di gəl ki, onun masasının üstündə birbaşa Kremllə əlaqə saxlamaq üçün telefon vardı, belə telefon onun Peredelkinodakı bağında da vardı, qapıda onu dövlət adamlarına xas sirenası olan maşın gözləyirdi, qəbul otağı isə “iriçaplı” xalq komissarlarının qəbul otağı kimi xahiş-minnətə gələnlərlə ağzına kimi dolu idi.
Daha sonra mən Fadeyevi Ədiblərin klubunda gördüm, o gözəl, bəlağətli, alovlu çıxış edirdi, bircə dənə də şişirtmə söz istifadə etmirdi.
Mən Fadeyevi müharibədən az əvvəl Kazanda da gördüm. O, Kazana cəbhədən, hərbi formada, böyründə Naqan tapançası, çiynində briqada komissarı rütbəsi ilə gəlmişdi. Sənaye Evinin böyük zalında çamadanları, karton arakəsmələrlə bir-birindən ayrılmış Moskvadan evakuasiya olunmuş sovet yazıçılarının ailələri bu günkü kimi yadımdadır. Bu bir növ qaraçı taborunu xatırladırdı. “Böyük” yazarlar qızdırıcı soba arxasınca qaçır, sıyıq və qənd payı üçün uzun növbələrə düzülür, Sovet informasiya bürosunun xəbərlərini müzakirə edirdilər. Burda da “intriqada olanalar” bir-birinun üzünə baxmırdılar. Fadeyev bu böyük zala daxil olanda sanki bir günəş doğdu, hər tərəfdən qışqırıqlar qopdu: “Saşa! Aleksandr! San Sanıç... Fadeyev... Yoldaş Fadeyev!..”
Müharibədən sonra, 1951-ci ildə Fadeyevin əlli illik yubileyində də iştirak etmək mənə nəsib oldu. Yubiley Moskvanın Çaykovski adına Konsert zalında keçirilirdi. Onda Aleksandr Aleksandroviç qara kostyumda, məşhur artistin öz mahnı gecəsinə gəldiyi kimi, konsert səhnəsinə daxil oldu, son nəfəsinə qədər Stalinə, kommunizm ideyasına bağlılığından bəhs edən ilham dolu məşhur nitqini söylədi. Fadeyev Stalinə sadiqliyinə and içirdi və o zamanlar zalda oturan mən bu sadiqliyə inanırdım. Qəribəsi həm də odur ki, o zaman eşitdiyim bir şayiəyə görə Fadeyev “Araqvi” restoranında sərxoş olana qədər yeyib-içdikdən sonra Boris Pasternaka zəng vurur və deyir:
- Borenka, axı sən bizim aramızda yeganə yalan danışmayan adamsan...
Və mən bu şayiəyə də əsl həqiqət kimi inanıram.
Bir neçə il sonra Pasternakın arvadı Zinaida Nikolayevna mənə ərinin həyatından bir neçə məişət epizodunu danışdı.
Müharibənin əvvəlində Zinaida Nikolayevnanın ilk evlilikdən olan Adik adlı oğlu dünyasını dəyişmişdi. Pasternak Fadeyevdən xahiş edir ki, Adikin Peredelkinodakı evinin həyətində dəfn olunmasına icazə versin (bu, Adikin sonuncu istəyi idi). Bu sovet qanunlarına zidd olsa da, Fadeyev bunu etdi. Ümumiyyətlə, Fadeyev tez-tez Pasternakın ziyarətinə gedirmiş, o özü ilə bir şüşə içki aparar, Zinaida Nikolayevnadan kartof qızartması xahiş edərmiş, Fadeyev çoxlu içdikdən sonra elə şeylər danışarmış ki, Boris Leonidoviç həmin günün səhərindən öz qulluqçusuyla Fadeyevə belə bir məktub yollayarmış: Sən bizdə olmayıbsan və heç nə danışmayıbsan.
Zinaida Nikolayevnanın oğlu pianoçu Stanislav Neyhauz Şopen adına musiqi müsabiqəsində iştirak etmək istəyəndə, onu Varşavaya buraxmırlarmış. Zinaida Fadeyevin yanına gedib xahiş edir. Fadeyev isə cavab verir?
- Əziz Zina, bizdə adamları xaricə buraxmazdan əvvəl yoxlayırlar. Özü də düz edirlər...
- Axı Stasiki özün tanıyırsan – deyə Zinaida Nikolayevna cavab verir, - axı o sənin gözünün qabağında böyüyüb.
Fadeyev etiraz edib qəribə bir qəzəblə qışqırır:
- E-e-e, bəsdir. Sənin Stasikini ki Borya tərbiyə edib.
Zinaida Nikolayevna inciyir və deyir: “Bu etirafın münasibətilə səni təbrik edirəm!” – bu söhbətdən sonra onlar uzun müddətliyinə Fadeyevlə küsülü qalırlar.

Yeri gəlmişkən, hələ də heç kim bilmir ki, niyə Stalin Pasternakı həbs etdirməyib. Axı Pasternakın ətrafında kim vardısa, hamısını həbs etmişdilər, Pasternaksa təkbaşına hədəfdə qalmışdı. O vaxt şayiə gəzirdi ki, Pasternakı elə Fadeyev xilas etmişdi. Fadeyev ürəyinin dərinliyində onu sevir və Stalinlə söhbətlərdə onu müdafiə edə bilirdi.

Sual olunur: bəs görəsən Fadeyevin beynində nə fikirlər dönürdü, o, Stalinə inanırdımı, kommunizmə bağlıydımı, yoxsa bu, ölüm qorxusunun bir göstəricisi idi? Görəsən Fadeyev həqiqətənmi “sosialist cəmiyyəti” uğrunda mübarizə aparırdı, yoxsa bu yolla sadəcə Stalinin kölgəsi arxasında gizlənirdi? Fadeyev haqqında qoşulan: “Heç nədənsə, yalan yaxşıdır?” deyimi ədalətliydimi?
İnanırdı, yoxsa inanmırdı? Fadeyev kimi bir şəxsiyyət haqda danışanda buna cavab vermək çətindir. Mən SSRİ-də yaşayanda özüm də bu suala cavab tapa bilmirdim. Dəfələrlə özümə bu sualı vermişdim: “Bəs mən Stalinə inanıram, ya yox?” Belə sual ən kiçik yaradıcı işlə məşğul olanların belə qarşısında dururdu.
Fadeyev onun çoxlu əziz yazıçı dostlarının həbsi üçün orderi imzalamış Stalini sevə bilərdimi?
(Fadeyev özü isə təkcə özünün yaşadığı Peredelkinodan, həmçinin Spasskidən iyirmiyə yaxın yazarın həbsinə icazə vermişdi).
Bəs Fadeyev onu “Gənc qvardiya”da kommunist partiyasının Qırmızı ordunun qurulmasında təşkilatçı rolunun yaxşı əks olunmaması səbəbi ilə əsərin birinci bölümünü yenidən yazmağa məcbur edən Stalini sevə bilərdimi? Axı müəllifin öz fikrinə görə romanın ən gözəl yazılmış hissəsi məhz ilk hissəsidir.
Fadeyev gecə-gündüz, ara vermədən içirdi. Bəzən sərxoşluğu iki-üç həftə, Stalinin növbəti zənginə qədər çəkirdi. Stalin zəng vuran kimi həkimlər onu qaydaya salır, maşına oturdur, Moskvaya yollayırdı. Fadeyev içirdi və əlbəttə bu özü ilə hesablaşmasına kömək edirdi, bu, faciəvi sualların cavabı idi, bu ona vicdanını terrorla, istedadını partiya direktivləri ilə, proletar keçmişini Kreml vəzifəsi ilə barışdırmaq üçün lazım idi.

Bütün bunlara baxmayaraq mənim fikrimcə, Stalinin ölümü Fadeyevin faciəsinin başlanğıc nöqtəsi oldu. Qoy saxta olsun, qoy yalançı olsun, qoy hələ bir ikrah da oyatsın, qoy fürsətçilik də adlandırılsın, amma Fadeyev Stalinə inanırdı. Sovet höküməti onun höküməti idi, Stalin rejimi onun öz rejimi idi.
Stalinin ölümündən sonra Nikita Xruşşovun Kommunist Partiyasının XX qurultayındakı hesabatından sonra, Fadeyevin həyatının sonuncu mərhələsi gəldi. Stalin ideyaları, dominant inanclar hamısı bir anın içində yox olub getdi, indi rejim içərisində öz yerini, öz rolunu yenidən bəlli etmək lazım idi.
Beləliklə, əsərlərində “Yaşamaq və öz borcunu yerinə yetirmək lazım idi” yazan insan, 13 may 1956-cı ildə daha yaşayışa dözə bilmədi, revolverdən düz ürəyinə atəş açdı. Həyat və onun insan üzərinə qoyduğu vəzifələrdən qurtuldu.
Bəs bundan qaçmaq olmazdımı? Məgər Fadeyev də başqaları kimi özünü təmizə çıxara bilməzdimi, hamı kimi susub, vicdanını rahatlada bilməzdimi?
Bilərdi. Amma o bunu etmədi. Etmədi, çünki onun həm yazıçılıq, həm də vətəndaşlıq istedadı vardı. O, qorxaq deyildi və keçmişinə görə cavab verməyə hazır idi. Cavab verdi də.
“Pravda” qəzeti yazırdı ki, Fadeyevin intiharı uzun müddətli xəstəliyi, alkoqolizmin nəticəsi idi. Bu da “Pravda”nın növbəti yalanı idi. Çünki Moskvanın yazıçı çevrəsində bilirdilər ki, ölümündən üç ay əvvəl Fadeyev içkini tərgitmişdi.
Bütün bu vaxt ərzində o tam ayıq olub, həyatına da tamam ayıq başla son qoymaq qərarını verib. Bundan əlavə həm də məlumdur ki, Fadayev uzun müddət və diqqətlə intiharı üçün hazılaşmışdı. Məlumdur ki, o, əzizlərinin məzarı üstə gedir, köhnə dostları ilə görüşür, bir növ vidalaşırdı.
Şübhəsiz ki, Fadeyevin ölümünün əsas səbəbi aşağıdakılardır:
Stalinin ölümündən sonra onun dövründə zərər çəkmiş qurbanlara bəraət verirdilər, Fadeyevin də bir zamanlar həbs və sürgün əmrini verdiyi insanlar indi dəstə-dəstə Moskvaya qayıdırdılar. Onlar arasında soy adının baş hərfi M. ilə adlandırdığım bir yazıçı da vardı. Bu insan ictimaiyyət qarşısında Fadeyevi "əclaf" adlandırmış və az qalmışdı ki, onun üzünə tüpürsün. Bunun ardınca M. özünü asaraq intihar edir.
İndi Fadeyev bunu sakitcə içinəmi ataydı? Doğrudur, elələri də vardı ki, belə vəziyyətə düşəndə gülümsəyirdilər də. Amma axı yazıçı M. Stalinin yaratdığı islah-əmək düşərgələrində ona görə dözüm gətirmişdi ki, Moskvaya qayıdıb Fadeyevin gözlərinin içinə baxaraq ona sözünü deyə bilsin və məhz bundan sonra özünü öldürsün.
Görünür, Fadeyevi qurbanlarının kölgəsi qarabaqara izləyirdi. Onlardan birinin ortaya çıxıb sözünü deməsi isə Fadeyevin hesablaşma vaxtının gəldiyini anlaması üçün kifayət idi.
Ölüm günündə Aleksandr Fadeyev Peredelkinodakı bağında kabinetinə qalxıb birinci məktubunu arvadı, Moskva Bədii Teatrının aktrisası Stepanovaya, ikinci məktubunu Kommunist Partiyasının Mərkəzi Komitəsinə yazıb, divana uzanır, ürəyinin üstünə yastıq qoyub atəş açır.
Yanılmıramsa, Fadeyevin cəsədini Kreml divarları yaxınlığında Kommunist Partiyasının digər görkəmli üzvlərinin dəfn edildiyi yerdə basdırırlar. Bir dəfə Mixaıl Şoloxov Moskvaya gələndə o zamanlar SSRİ Ali Sovetinin katibi olan Voroşilova zəng vurub ondan Fadeyevin Mərkəzi Komitəyə yazdığı son məktubunun mətni ilə maraqlanır.

Voroşilov dünyasını dəyişmiş yazarı yaxşıca söyür və bildirir:
- Əgər onun bizə nə yazdığını bilsəydin, bu sualı verməzdin.
Şair Aleksandr Tvardovski də Xruşşova həmin sualı verir. Xruşşov cavabında deyir:
- Yoldaş Tvardovski, partiyanın elə sirləri olur ki, ancaq iki-üç nəfərin ondan xəbəri olur.

Fadeyevin nə az-nə çox 38 il üzvü olduğu partiyanın Mərkəzi Komitəsinə yazdığı məktubun məzmunu heç kimə bəlli deyil.

Ancaq bir çox adamın təsdiqlədiyi bir versiya var ki, Fadeyev qısa bir məktub yazıb və orda bildirib: “Mən Stalinin siyasətinə, Jdanovun estetikasına, Lısenkonun genetikasına görə özümü güllələdim”.

"Xalqımız elə bilir ki, türkcə sözlərdən istifadə eləsə, daha milli olacaq" - Ağalar Qut “Mortal Kombat” filminin məşhur aktyoru vəfat edib İstanbulda “Leyli və Məcnun”un türkcə nəşri təqdim edildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Dekabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see166

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see139

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri