Yernur Aitkenov: Qazaxıstan müstəqilliyin ilk illərindən etibarən Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 24 dekabr, AZƏRTAC
Qazaxıstanda Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə və ardıcıl inkişafa yönəlmiş genişmiqyaslı islahatlar böyük diqqət və maraqla izlənilir. Müstəqilliyin ilk illərindən etibarən ölkəmiz Azərbaycanla həqiqi dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafına əhəmiyyət verib.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov dekabrın 24-də Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda çıxışı zamanı deyib.
O, bu gün Qazaxıstanın vicdan azadlığının təmin olunduğu, dinlərarası razılaşmanın ictimai sülhün və milli birliyin əsasını təşkil etdiyi polietnik və çoxkonfessiyalı bir dövlət olduğunu bildirib. Yernur Aitkenov ölkəsində dini azadlığın inkişafının zəngin mənəvi irsə, dinlərarası dialoq və qarşılıqlı hörmətin çoxəsrlik ənənələrinə əsaslanan özünəməxsus yolla həyata keçirildiyini vurğulayıb.
Bugünkü tədbirin xüsusi əhəmiyyət daşıdığını qeyd edən Yernur Aitkenov bunun əməkdaşlıq üçün yeni üfüqlər açdığını və dinlərarası razılaşmanın təmin edilməsi sahəsində beynəlxalq təcrübənin zənginləşdirilməsinə töhfə verdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 24 Dekabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















