Icma.az
close
up
RU
Hindistan yola gəlir

Hindistan yola gəlir

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Hindistanın Vaşinqtonla ticarət sazişi bağlamaq istədiyini və bu məqsədlə amerikalı məhsullara gömrük rüsumlarını tamamilə ləğv etməyə hazır olduğunu bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki,  Qətərin paytaxtı Dohada iş adamları ilə görüşən Tramp bu barədə danışıb. Bildirib ki, ABŞ məhsullarının Hindistanda satışı çox çətindir, lakin rəsmi Yeni Dehli rüsumların tamamilə aradan qaldırıldığı bir razılaşma təklif edir.

Hindistan ilk mərhələdə tariflərin 60%-ni sıfırlamağı, ABŞ-dən idxal olunan məhsulların isə 90%-nə güzəştli çıxış təklif etməyi planlaşdırır. Hazırda danışıqlar davam edir.

Hindistanın Ticarət Nazirliyi bu razılaşma ilə bağlı açıqlama verməkdən imtina edib. Lakin Trampın bu mövzuda verdiyi açıqlamalardan sonra Hindistanın fond birjalarında göstəricilər yeddi ayın ən yüksək səviyyəsinə qalxıb.

Tramp çıxışında "Apple" şirkətinin baş direktoru Tim Kukla da bağlı maraqlı açıqlama verib. O bildirib ki, Kuk ABŞ-də satılacaq "iPhone"-ların istehsalını Hindistana köçürmək planını təklif edib.

Tramp isə buna isti yanaşmayıb: “Tim, biz illərlə Çində tikdiyin zavodlara dözdük. İndi isə sən Hindistana keçmək istəyirsən. Biz istəyirik ki, istehsal Amerikada olsun. Hindistan öz başının çarəsinə baxa bilir”, – deyə Tramp bildirib.

Modi istehsalın mərkəzini Hindistana çevirmək istəyir?

Son illərdə Hindistanın Baş naziri Narendra Modi ölkəni qlobal istehsal mərkəzinə çevirməyə çalışır. "Apple"-ın əsas tərəfdaşları olan “Foxconn” və “Tata” artıq ölkədəki istehsalı əhəmiyyətli dərəcədə artırıblar.Təkcə bu ilin martında Hindistan ABŞ-yə 2 milyard dollar dəyərində "iPhone" göndərib ki, bu da rekord göstəricidir. Ekspertlər bunu Trampın planlaşdırdığı Çin rüsumlarından yayınmaq üçün atılan addım kimi qiymətləndirirlər.

Xatırladaq ki, 2024-cü ildə ABŞ və Hindistan arasında ticarət dövriyyəsi təxminən 129 milyard dollar təşkil edib. Bu balans Hindistanın xeyrinədir, ölkə ABŞ ilə ticarətdən 45,7 milyard dollar müsbət saldo əldə edir.

Hindistanın ticarət naziri Piyuş Qoyal 16 mayda ABŞ-yə səfər edəcək. O, razılaşmanı irəli aparmaq üçün Amerika tərəfi ilə danışıqlara rəhbərlik edəcək.Hazırda Hindistan dünyada ən yüksək idxal rüsumları tətbiq edən ölkələrdən biridir və Tramp daha öncə bu ölkəni "rüsum pozucusu" adlandırmışdı.

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri