Türkiyədə 136 sərnişinin olduğu təyyarədə bomba XƏBƏRDARLIĞI
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin paytaxtı Ankaradan Şanlıurfaya uçan AJet təyyarəsində partlayıcı maddənin olması barədə məlumat verilib.
Modern.az yerli mediaya istinadla xəbər verir ki, sərnişinlərin təxliyə ediləcəyini və təyyarədə axtarış aparılacağını açıqlayan Şanlıurfa valisi Hasan Şıldak sosial media hesabında bildirib:
“Oktyabrın 5-də saat 19:00-da Ankaradan Şanlıurfaya yola düşən AJet-in 4180 nömrəli sərnişin təyyarəsində partlayıcı maddənin olduğu bildirilib. Buna görə sözügedən təyyarə saat 20:05-də Şanlıurfa GAP Hava Limanına eniş edib. Sərnişinlər təhlükəsiz şəkildə təxliyə edildikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən təyyarədə partlayıcı maddənin olub-olmaması ilə bağlı axtarış aparılacaq.
Təyyarədə 136 sərnişin və 7 ekipaj üzvü var. Təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün bütün tədbirlər görülüb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 05 Oktyabr 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















