Hindistanda iki yol qəzasında 13 nəfər həlak olub AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 22 yanvar, AZƏRTAC
Çərşənbə günü Hindistanın cənubundakı Karnataka ştatında baş verən iki yol qəzasında azı 13 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, polis orqanlarının məlumatına görə, yerli vaxtla saat 05:30 radələrində Karvar şəhərində yük maşınının aşması nəticəsində 9 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb. Onların hamısı yaxınlıqdakı topdansatış bazarına tərəvəz məhsulları daşıyan satıcılar olub.
Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər.
Həmin gün Rayçur rayonunda içərisində 15 nəfərin olduğu avtomobil qəzaya uğrayıb. Üçü tələbə olmaqla dörd nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Yanvar 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















