Icma.az
close
up
RU
Hindistanda təyyarənin qəzaya uğramasına səbəb quş sürüsü ilə toqquşma ola bilər YENİLƏNİB 7 VİDEO

Hindistanda təyyarənin qəzaya uğramasına səbəb quş sürüsü ilə toqquşma ola bilər YENİLƏNİB 7 VİDEO

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 iyun, AZƏRTAC

Hindistanın qərbində Əhmədabad hava limanı yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb quş sürüsü ilə toqquşma ola bilər.

AZƏRTAC xəbər verir ki, NDTV telekanalı bu barədə aviasiya ekspertlərinə istinadla məlumat yayıb.

Ekspertlərin fikrincə, quşların zərbəsi təyyarənin uçuş sürətini azalda və bu da onun lazımi anda yüksəklik yığa bilməməsi ilə nəticələnə bilərdi.

Xatırladaq ki, hadisə Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında baş verib. “Boeing 787 Dreamliner” sərnişin təyyarəsi qəzaya uğrayaraq tibb kollecinin yataqxanasının yerləşdiyi binanın üzərinə düşüb. Qəza zamanı Londona uçan təyyarənin göyərtəsində 242 nəfər, o cümlədən 2 pilot və 10 bələdçi olub. Həmçinin sərnişinlərdən 169-u hindistanlı, 53-ü britaniyalı, 7-si portuqaliyalı, 1-i isə kanadalıdır. Onlardan heç birinin sağ qalmadığı bildirilir. Həmçinin qəza nəticəsində tibb kollecinin azı beş tələbəsi ölüb.

Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil. “787 Dreamliner” “Boeing” korporasiyasının ən yeni modeli və dünyada texniki cəhətdən ən inkişaf etmiş təyyarələrdən biridir. Bu, havaya qalxdığı 2009-cu ilin dekabrından bəri “Boeing 787 Dreamliner” təyyarələrinin üzləşdiyi ilk qəzadır. Korporasiya indiyədək bu modeldən olan 1200 ədəd təyyarə istehsal edib. Qəzadan sonra “Boeing” korporasiyasının səhmləri dəyərini 6 faiz itirib.

16:22

İlkin məlumata görə, Hindistanın Əhmədabad şəhərində qəzaya uğrayan “Boeing 787 Dreamliner” sərnişin təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə polis orqanları məlumat yayıb.

Xatırladaq ki, Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin aeroportundan havaya qalxan “Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” sərnişin təyyarəsi bir neçə dəqiqədən sonra həkimlərin yataqxanasının yerləşdiyi binanın üzərinə düşüb. Qəza zamanı Londona uçan təyyarənin göyərtəsində 242 sərnişin, o cümlədən iki pilot və 10 bələdçi olub. Hazırda qəza yerində axtarış-xilasetmə işlər davam edir. Qəzanın səbəbləri hələlik məlum deyil.

15:22

Hindistanın qərbində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb. Qəza nəticəsində ölənlər və xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur.

Xatırladaq ki, hadisə Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında baş verib. “Boeing 787 Dreamliner” sərnişin təyyarəsi qəzaya uğrayaraq həkimlərin yataqxanasının yerləşdiyi binanın üzərinə düşüb. Qəza zamanı Londona uçan təyyarənin göyərtəsində 242 sərnişin, o cümlədən iki pilot və 10 bələdçi olub.

Qəzanın səbəbləri hələlik məlum deyil. “787 Dreamliner” “Boeing” korporasiyasının ən yeni modeli və dünyada texniki cəhətdən ən inkişaf etmiş təyyarələrdən biridir. Ekspertlərin sözlərinə görə, qəza texniki nasazlıqla bağlı olsa, bütün dünyada bu modeldən olan yüzlərlə təyyarə risk altına düşəcək və istehsalçı ciddi itkilərə məruz qalacaq.

14:43

Hindistanın qərbində qəzaya uğrayan təyyarə həkimlərin yataqxanasının yerləşdiyi binanın üzərinə düşüb.

AZƏRTAC xəbər verir ki, yerli polis zabiti bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“İlkin məlumata görə, Londona uçan “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayaraq həkimlərin qaldığı yataqxanaya çırpılıb. Təcili xidmət orqanlarının əməkdaşları 2-3 dəqiqə ərzində hadisə yerinə gəlib. Hazırda qəzanın baş verdiyi ərazidə axtarış xilasetmə əməliyyatı davam edir”, - deyə o bildirib.

Qeyd edək ki, “Boeing 787 Dreamliner” təyyarəsi Hindistanın qərbindəki Əhmədabad hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb. Londona uçan təyyarənin göyərtəsində 242 nəfər, o cümlədən iki pilot və 10 bələdçi olub. NDTV telekanalı qəzadan sağ çıxanların olduğu barədə məlumat yayıb. Həlak olanlar və yaralananlar barədə hələ ki rəsmi məlumat verilmir.

14:12

Hindistanın qərbində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 40 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb. Qəza nəticəsində ölənlər və xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur.

Xatırladaq ki, Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında “Boeing 787 Dreamliner” sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı Londona uçan təyyarənin göyərtəsində 242 sərnişin, o cümlədən iki pilot və 10 bələdçi olub.

NDTV telekanalı qəzada sağ qalanların olduğunu bildirir.

13.24

Hindistanda baş verən təyyarə qəzasında ölən və yaralılarla bağlı hələlik rəsmi məlumat yoxdur.

AZƏRTAC Hindistan mətbuatına istinadla xəbər verir ki, qəzaya uğrayan geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarəsi təxminən 300 sərnişin tutumuna malik olub.

Xilasetmə işlərini həyata keçirmək üçün qəza yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

13:16

Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, “News18” telekanalının məlumatına görə, Londona uçan AI-171 reysinin göyərtəsində 242 sərnişin olub. Təyyarə havaya qalxdıqdan az sonra Meqaninaqar rayonunda yaşayış massivinə düşüb.

Şahidlərin sözlərinə görə, hazırda qəza yerindən qatı tüstü qalxır. Ölənlər və xəsarət alanlar barədə məlumat yoxdur.

13.03

Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə ölkənin Əhmədabad şəhəri yaxınlığında baş verib.

Təyyarə yerli vaxtla saat 13:38-də havaya qalxıb və havaya qalxdıqdan 5 dəqiqə sonra hava limanı yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin qəzaya uğramasından sonra Əhmədabad hava limanı bağlanıb.

İlkin məlumata görə, təyyarənin göyərtəsində 200-dən çox sərnişin olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri